83 milyon olaraq Azərbaycanın yanındayıq.

Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Kılıçdaroğlu bildirib ki, bürokrat olaraq Azərbaycana 2 dəfə səfər edib: “Türkiyədə də yaşayan çox sayda azərbaycanlı var. Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq bu işğalın sonlanmasını istəyirik.

Olaylar.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu deyib.

Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Kılıçdaroğlu bildirib ki, bürokrat olaraq Azərbaycana 2 dəfə səfər edib: "Türkiyədə də yaşayan çox sayda azərbaycanlı var. Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq bu işğalın sonlanmasını istəyirik. 83 milyon olaraq Azərbaycanın yanındayıq. Cənab Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - red.) konkret açıqlama verdi: bizim erməni xalqı ilə deyil, Ermənistan hökuməti ilə problemimiz var. Bu arada, dinc əhalinin hədəf alınması acı olaydır. Ümid edirəm, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı addım atarlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31