Paşinyan yenidən səfərbərlik elan etdi: “Kimin evində hərbi gödəkçə varsa, onu da götürsün”

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə səfərbərlik elan edib.
O ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçiləri hərbi komissarlıqlara çağırıb.

Beləliklə, Qarabağda  ciddi əsgər çatışmazlığı və itkilər verən Ermənistan Ordusu sonuncu rezervləri də sıralarına cəlb edir. Belə ki, qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməzdi. 
 
Maraqlıdır ki, Paşinyan tərxis olunmuş hərbi qulluqçulara müraciətində "kimin evində hərbi gödəkçə varsa, onu da götürüb gəlsin"-deyə çağırış edərək, hərbi vəziyyətin nə dərəcədə ağır olduğunu nümayiş etdirib. (modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31