«Ermənistan müharibə istəyir»

Prezident: “Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”

Prezident: "Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı"

Hazırda ölkənin kütləvi informasiya vasitələri, diplomatik korpusları, dövlət və hökumət rəsmiləri, eləcə də millət vəkilləri ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədirlər. Xüsusən, Ermənistan tərəfindən törədilən  hərbi təxribat, mülki əhalinin atəşə tutulması, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində aparılan döyüşlər barədə intensiv məlumatlar çatdırılır. Ancaq etiraf edilməlidir ki, bu işdə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev misli görünməmiş fəaliyyət nümunəsi sərgiləmkdədir. Belə ki, dövlət başçısının yerli və beynəlxalq mətbuata verdiyi müsahibələrində nəinki hazırda baş verənlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbələri, işğaçlı dövlətin nümayiş etdirdiyi qeyri-kostruktiv mövqe, münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılmış Minsk qrupunun fəaliyyəti barədə əsaslandırılmış məlumatlar əksini tapmış olur. Şübhəsiz ki, bu məlumatlar beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılması baxımından əhəmiyyətli rol oynayır. O da etiraf edilməlidir ki, hazırda beynəlxalq aləmi daha çox İkinci Qarabağ savaşında Azərbaycanın mövqeyi və beynəlxalq ictimaiyyətin münaqişəyə münasibəti daha çox maraqlandırır. Elə Prezident İlham Əliyevin "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibədə də bu kimi məsələlərə aydınlıq gətirilib ki, artıq beynəlxalq içtimaiyyətin həmin fikirlər ətrafında öz mövqelərini formalaşdırması işin xeyrinə olardı. Azərbaycanın dövlət başçısı müsahibəsində qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyirlər: "Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı".

Beynəlxalq aləmə də bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların bir sıra qərar və qətnamələri var ki, həmin sənədlər qeyd-şərtsiz icra olunmalıdır. Lakin Ermənistan beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlik nümayiş etdirərək həmin sənədlərin icrasından yayınır. Heç bir beynəlxalq sənədə məhəl qoymayan Ermənistan nəinki münaqişənin dinc yolla həllinə tərəfdar çıxır, əksinə atəşkəs dövründə belə hərbi təxribata əl atır. Ən dəhşətlisi odur ki, həmin qərar və qətnamələrin müəllifləri olan beynəlxalq təşkilatların gözləri kor, qulaqları kar, dilləri lal olub. Təsadüfi deyil ki, dövlət başçısı müsahibəsində qeyd edib ki,  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır: "Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir".

Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyev hesab edir ki, münaqişənin həlli üçün Azərbaycanın hüquqi əsasları var: "Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Ermənistan müzakirələri pozan tərəfdir. Son iki ildə "inqilab"dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər".

Bəli məhz dövlət başçısının sadaladığı faktlar, eləcə də beynəlxalq hüquq Azərbaycana imkan verir ki, işğal altında olan torpaqlarını erməni qəsbkarlarından azad etsin. Sözün həqiqi mənasında Azərbaycanın buna hüquqi və mənəvi  haqqı vçatır. Çünki Azərbaycan heç  bir dövlətin torpağına göz tikmir, heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Azərbaycan sadəcə, düşmən tərəfindən işğal eilmiş ərazilərini geri qaytarmaqla ölkənin ərazi bütövlüyü və suverenliyini bərpa edir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31