Azərbaycan ərazilərini hədəf alan raketlər haradan atılıb? - XƏRİTƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz "Twitter" hesabından Ermənistanın Azərbaycanın müxtəlif ərazilərinə raket hücumlarını göstərən xəritə paylaşıb.

Trend-in məlumatına görə, Fərid Şəfiyev bildirib ki, Ermənistan ərazisindən mülki infrastrukturu, o cümlədən su rezervlərini hədəfə almaq insan fəlakətinə səbəb ola biləcək haldır və Cenevrə Konvensiyasına ziddir. Ermənistanın məqsədi təxribatı genişləndirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31