Braziliyalı deputat: “Münaqişə BMT TŞ-ın qəbul etdiyi dörd qətnamə əsasında həll edilməlidir”

Azərbaycana həsr edilmiş silsilə proqramlar çərçivəsində Braziliya Konqresində Parlamentlər arası dostluq qrupun rəhbəri, deputat Klaudio Kajadu REBE TV kanalına müsahibə verib.

Azərbaycana həsr edilmiş silsilə proqramlar çərçivəsində Braziliya Konqresində Parlamentlər arası dostluq qrupun rəhbəri, deputat Klaudio Kajadu REBE TV kanalına müsahibə verib.

Olaylar.az bildirir ki, müsahibədə deputat Parlamentlər arası diplomatiyanın rolu və əhəmiyyəti, Braziliya və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərin tarixi və mövcud vəziyyəti, iqtisadi əlaqələr, turizm potensialı və ölkəmizə səfərləri haqqinda danışmışdı. Deputat Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədə son durumla bağlı bəyan etmişdir ki Dağlıq Qarabağın Azərbaycanın ərazisidir və münaqişə sülh yolu ilə, BMT TŞ-ın qəbul etdiyi dörd qətnamə əsasında həll edilməlidir. Son hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən mülki əhali və hərbiçilər tərəfindən itiklərin olduğunu təəssüflə qeyd edən deputat Minsk qrupu və beynəlxalq təşkilatların işinin fəallaşmasını və bir daha münaqişənin beynəlxalq qanunvericilik və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında həll olunmasını tələb edib.

Qeyd edək ki, 1993-cü ildə BM TŞ-ın dördə qətnaməsinin qəbulunda o zaman Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olan Braziliya da fəal iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31