Ermənistan münaqişəyə Rusiya və Fransanı cəlb etmək istəyir

“Azərbaycan Ordusunun uğurlu əks- hücumları gücləndikcə düşmənin istər canlı qüvvə, istərsə də texnika baxımından itkiləri həndəsi silsilə üzrə artır. Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı qarşısında tab gətirə bilməyən Ermənistan yeni təxribatlara əl atır

"Azərbaycan Ordusunun uğurlu əks- hücumları gücləndikcə düşmənin istər canlı qüvvə, istərsə də texnika baxımından itkiləri həndəsi silsilə üzrə artır. Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı qarşısında tab gətirə bilməyən Ermənistan yeni təxribatlara əl atır. Ölkəmizin ikinci böyük şəhəri Gəncəni, xüsusi strateji əhəmiyyətli Mingəçeviri, Xızını, Abşeronu raket atəşinə tutmaqla ermənilər, bir tərəfdən Azərbaycanda xaos, panika yaratmaq istəyir, digər tərəfdən hərbi əməliyyatların miqyasını genişləndirərək, münaqişəyə Rusiyanı, Fransanı cəlb etmək istəyirlər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Prezident, Alı Baş Komandan İlham Əliyevin "Əl Cəzirə" televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, ermənilərin heç bir səyləri fayda verməyəcək. Azərbaycan Ordusu torpaqlarını son qarışına qədər azad etməkdə israrlıdır: "Biz ədalətin bərpa olunmasını, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasını istəyirik. Ermənistan işğalçı dövlətdir və BMT-nin 4 qətnaməsi (822;853;874;884 )  münaqişənin həlli üçün hüquqi və siyasi zəmindir. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll edilməsi üçün mövcud olan yol xəritəsi məhz Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə başlayır. Lakin 30 il ərzində nə ermənilər özləri könüllü olaraq torpaqlarınızı tərk etməyib,nə də beynəlxalq təşkilatlar onu məcbur etməyiblər. Cəzasızlıq düşməni yeni-yeni ərazilətimizi işğal etməyə həvəsləndirdi. Ermənistanın bu ilin iyulunda Tovuzla sərhəddə hərbi təxribatınin və sentyabrın 27-də genişmiqyaslı hücumunun məqsədləri də bu idi.Ordumuza "Vur!" əmri verən Ali Baş Komandanımızın hədəfi haqqımızı və ədaləti bərpa etmək idi. Silahlı qüvvələrımız özünün bacarığı və rəşadəti il. bizi bu hədəflərimizə yaxınlaşdırır".

Ermənistanın yeni təxribatlarına gəldikdə isə, partiya sədri bildirib ki, düşmən bununla bizim yüksək ruhumuzu poza, bizi sındıra bilməz. Əksinə, onun özü çaşqın vəziyyətdədir. İşğalçı dövlətin həm hərbi- siyasi rəhbərliyi,həm ordusu,həm də cəmiyyəti qorxu,təlaş içərisindədirlər. Şəhərlərimizə atılan raketlərin cavabı çox sərt olacaq. Onlar bu cinayətlərini təkrarlamaqla Ermənistan adlı dövlətin süqutunu, tarixdən silinməsini yaxınlaşdırırlar: "Münaqişəyə ikinci, üçüncü dövlətləri qoşmaq fikri də yanlışdır. Rusiya indiki Ermənistan rəhbərliyi ilə vidalaşmağa məqam axtarır. Türkiyənin sərgilədiyi qəti mövqe də Kremli sakit davranmağa vadar edir. Səhvə yol verib işə qarışmaq Moskvanı Cənubi Qafqazla ,gerçəkdən, vidalaşmağa gətirib çıxaracağı şübhəsizdir. Üstəlik Rusiya Türkiyə ilə bir çox strateji məsələlərdə malik olduğu mövqeləri ermənilərə qurban verməz. Fransa nə qədər atılıb düşsə də, ermənilərə hərbi dəstək verməz, verə də bilməz. Fransız hərbçilərini Ermənistana aparacaq yollar belə yoxdur - nə havadan, qurudan, nə də sudan. Makaronun ağzı köpüklənə-köpüklənə danışması, yaxasını cırması daxili auditoriyanı, güclü erməni diasporunu sakitləşdirməkdən başqa bir şey deyil. Bir sözlə, sona qədər gedəcəyik. Heç kim bizi durdura bilməz. Ermənilər ağ bayraq qaldırsalar belə, axırıncı düşmən əsgəri torpaqlarımızı tərk etməyincə,onu diqqətə almalı deyilik. Qardaş Türkiyənin böyük siyasi çəkiyə malik Milli Hərəkat partiyasının başqanı Dövlət bəy Baxçalının qeyd etdiyi kimi,bu savaşda anklav şəraitində yaşayan Naxçıvana yol açmaq da əsas hədəflərimizdən olmalıdır. Müzəffər Ordumuza,Ali Baş Komandanımıza eşq olsun!. Böyük Zəfərə doğru!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31