Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var
5 Oktyabr 2020 09:10 SiyasətErmənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.
Düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.
Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.
Bunlar şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.
Yaralılar xəstəxanaya çatdırılıb.
Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31