“Düşmənin 2500-dən çox leşi var”
2 Oktyabr 2020 14:38 SiyasətTanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb.
Sfera.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında Füzulidən paylaşım edib.
O, müharibədə gedişatın bizim xeyrimizə olduğunu vurğulayıb:
"Allah əsgərlərimizi və zabit heyətimizi qorusun. Analar, bacılar, atalar, narahat olmayın, övladlarınız yaxşıdır. Yemək-içməkləri əladır. Dövlət, Müdafiə Nazirliyi əsgərlərimizə çox yaxşı baxır. Üstəlik, əsgərlərimizə çoxlu pay, digər lazimi ləvazimatlar gəlir.
Müharibədə gedişat hər saat bizim xeyrimizədir, qabaqdakı canavarlar irəliləyir, dağıda-dağıda gedirlər. O şərəfsizlərin 2500-dən çox leşləri var. Ordumuz çox güclüdür... Ancaq dua edin. Hər şey əla olacaq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31