Deputat Fransa səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını təklif edib

 “Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedir, rəşadətlə vuruşur.

"Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedir, rəşadətlə vuruşur. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır: "Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir. Bu cür bəyanatlar qətiyyən Azərbaycanda ruh düşkünlüyü yaratmır, əksinə ruh yüksəkliyinə səbəb olur. Ordumuz qələbə çalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31