"Belə şey olmamışdı, ana yeganə övladını sevinə-sevinə müharibəyə yola salır"
2 Oktyabr 2020 12:42 SiyasətAzərbaycan heç vaxt belə birlik nümayiş etdirməmişdi.
Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.
O bildirib ki, Azərbaycan xalqı bu gün öz torpaqlarının müdafiəsinə qalxıb, öz torpaqlarını geri qaytarmaq istəyir:
"Görün çağırış məntəqələrinin qarşısı insanlarla doludur. Hazmı bir nəfər kimi öz vətəninin, torpağının uğrunda cəbhəyə can atır. Cavanlarımızda vətənpərvərlik hissi görün nə qədər yüksəlib. Mən Azərbaycanı uzun 10 illiklərdə belə görməmişdim. Azərbaycan bu gün öz torpaqlarının müdafiəsinə qalxıb, öz torpaqlarını geri qaytarmaq istəyir. İnşallah, Qarabağ işğaldan azad edilsin, hesab edirəm ki, bütün xalq bizim Prezidentimizi milli qəhrəman elan etsin.
Hamımız indi tarıma çəkilmiş bir vəziyyətdəyik
Görün bizim ordumuz necə cəsarətlə, rəşadətlə düşmənə lazımınca, layiqncə cavab verir. Düzdür, itkilər də var, müharibə itkisiz olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq, mən bunu əminliklə deyirəm. Çünki biz hamımız bu saat belə bir vəziyyətdəyik, hamımız tarıma çəkilmiş bir vəziyyətdəyik. Çünki bilirik ki, düşmən nə qədər hiyləgərdir, bizə nə qədər nifrət edən murdar bir sürüdür. Onları biz öz torpaqlarımızdan qovub, öz hüquqi torpaqlarımızı geri qaytarmalıyıq. 30 il biz səbr etdik, 30 il danışıqlara getdik ki, sülh olsun, qan tökülməsin, insanlar ölməsin. Onlar bunu başa düşmədilər, indi altını çəksinlər.
Ana öz övladını müharibəyə yola salır, sevinir
Lazım idi bu müharibə. Bəlkə də elə bizim birliyimiz üçün müharibə lazım idi, labüd idi. Artıq bu xalqın necə birləşdiyinin şahidiyik. Ana öz övladını müharibəyə yola salır, sevinir, təsəvvür edin. Belə bir şey olmamışdı, ana öz yeganə övladına deyir ki, "Mən istəyirəm getsin Vətəni müdafiə etsin, Vətən sağolsun". Çünki, o bilir ki, bu Vətən elə onun anasıdır, bu Vətən onun gələcək övladlarıdır, balalarıdır. Bu, çox dəyərli, çox qiymətli və çox vacib hisslərdir.
Qarabağ müharibəsindən sonra Azərbaycan üçün hər şey lap yaxşı olacaq
Mən Prezidentimə çox təşəkkür edirəm ki, xalqın bu qədər inamını, etibarını özünə qaytardı. O, Prezident seçiləndə andiçmədə dedi ki, "Mən hər bir azərbaycanlının Prezidenti olacam". Prezident İlham Əliyev, həqiqtən, dediyi sözə əməl etdi. Bax, əsl əməl budur. Ordunu da düzəltdi, ölkə də inkişaf etdi. Bilirik ki, Qarabağ müharibəsindən sonra Azərbaycan üçün hər şey lap yaxşı olacaq.
Mən özümə rahatçılıq tapa bilmirəm
Biz artıq Azərbaycanın tarixi torpaqları haqda da düşünməliyik. Mən zəng etdim ki, gedim döyüşməyə. Dostlarım dedilər ki, səni götürməzlər, yaşlısan. Nə olsun yaşlı olanda?! Mən bəlkə də 5 cavan oğlanın yerini verə bilərəm. Mən axşamlar özümə rahatçılıq tapa bilmirəm və mən bilirəm ki, mən tək deyiləm. Çox adamlar yaşla əlaqədar özünü günahkar hesab edir ki, cəbhəyə niyə gedə bilmirəm. İstəyirəm öz orduma dəstək olum, öz orduma köməklik göstərim və öz vətənimi müdafiə edim, bu mənfur düşməni öz torpaqlarımdan qovum. Niyə mən bunu edə bilmirəm?! Çox tanıdığım insanlar mənim kimi düşünür. Amma mən əminəm və bilirəm ki, bizim şanlı, rəşadətli ordumuz bizim qələbəmizi çox tezliklə təmin edəcək və biz hamımız sevinəcəyik. Bəlkə də 3-4 günün söhbətidir. Azərbaycan bayrağını Şuşada, Xankəndində, sancacağıq. Qələbə bayramını keçirəcəyik və həmin bayraq Azadlıq Meydanımzda dalğalanacaq".