Zahid Oruc: “Azərbaycan yeni rayonları işğaldan azad etdikcə qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır. Biz illərdir, bu siyasəti yürüdürük". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında deyib. Deputat bildirib ki, doğrudur, indi o dostlarımızın aktiv dəstəyini görmürük. Amma Azərbaycan yeni rayonları işğaldan azad etdikcə cənab Prezidentə zənglərin, bu qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq: "Digər tərəfdən ermənilər bizi təxribata çəkmək istəyir. Artıq onlar Ermənistan ərazisindən ordumuza qarşı hücumlar edirlər və cavab atəşi açılmasını istəyirlər, biz buna getməyəcəyik. Azərbaycan nə 1992-ci ildə, nə də indi bu savaşın qlobal savaşa çevrilməsini istəyib. Amma Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin. Buna yol verməyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31