Avropa Şurasının komissarıdan Dağlıq Qarabağ açıqlaması

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi dayandırmağa və münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqları bərpa etməyə çağırıb.

Trend   xəbər verir ki, bu barədə Avropa Şurasına istinadən məlumat verir.

D.Miyatoviç öz bəyanatında Ermənistanla Azərbaycan arasında "artıq çoxsaylı qurbanlara səbəb olmuş" hərbi münaqişənin yenidən alovlanmasına təəssüfləndiyini bildirib:

"Tərəfləri gərginliyi azaltmağa və sülh danışıqlarına başlamağa çağırıram. Bu, mülki şəxslərin və hərbçilərin həyatını qorumağın və dinc sakinləri münaqişənin dağıdıcı fəsadlarından müdafiə etməyin yeganə yoludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31