Müdafiə Nazirliyi: Erməni əsgərlər arasında atışma olub
2 Oktyabr 2020 11:36 SiyasətƏldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31