İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib
29 Sentyabr 2020 20:51 SiyasətErmənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.
Bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi "Instagram" səhifəsində yazıb.
Ə.Əlirza Beyginin sözlərinə görə, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir.
Əlirza Beygi bildirib ki, azərbaycanlı gənclər işğal olunmuş əraziləri azad edəcəklərinə inanırlar.
"Biz Dağlıq Qarabağın azad edilməsini dəstəkləyirik" -deyə iranlı deputat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31