XİN: İran öz ərazisindən silah daşınmasına icazə vermir
29 Sentyabr 2020 13:19 Siyasətİran silah nəqli üçün ölkə ərazisindən istifadə edilməsinə icazə vermir.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S.Xətibzadənin sözlərinə görə, İran ölkələrə məhsul tranzitinə dəqiq şəkildə nəzarət edir.
Xətibzadə əlavə edib ki, bəzi sosial şəbəkələrdə hərbi texnikanın İran ərazisindən Ermənistana daşınması ilə əlaqədar iddialar irəli sürülür: "Halbuki İran və qonşu ölkələr arasında qeyri-hərbi məhsullar yük maşınları vasitəsi ilə tranzit edilir".
İran XİN rəsmisi bildirib ki, sosial şəbəkələrdə yayılan video-kadrlardakı yük maşınları da qeyri-hərbi məhsulların tranziti ilə məşğuldurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31