Xarici işlər naziri Pakistana təşəkkür etdi
"Pakistanın yeni səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul etdim".
29 Sentyabr 2020 12:58 Siyasət"Pakistanın yeni səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul etdim". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter" səhifəsində yazıb. "İkitərəfli münasibətlər müzakirə etdik, həmçinin Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Azərbaycanın mülki vətəndaşlar və mülki obyektlərinin atəşə tutması barədə məlumat verdim. Qardaş Pakistana verdiyi güclü dəstəyə görə təşəkkür etdim", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31