“Azərkosmos”: “Vardenis-Ağdərə yolu da daxil olmaqla monitorinqlər aparılır”
29 Sentyabr 2020 09:16 Siyasət"İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq Ordumuzun nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda "Azersky" peyki vasitəsilə davamlı monitorinqlər aparılır".
Bu barədə "Azərkosmos" ASC məlumat yayıb.
"Bu gün cəsarətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq", - açıqlamada deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31