Ermənistan daxilində siyasi vəziyyət gərginləşir - POLİTOLOQ
1 May 2020 12:41 SiyasətPaşinyana qarşı yeni cəbhə formalaşır
Ermənistan getdikcə bütün sahələrdə dərin böhran, sarsıntı ilə qarşı-qarşıya qalır. Bir tərəfdən iqtisadi geriləmə, digər tərəfdən koronavirus pandemiyasının ölkədə geniş yayılması Paşinyan hakimiyyətini ciddi sınaq qarşısında qoyub. Bu ərəfədə Qarabağ cəbhəsində də Paşinyan hökuməti demək olar ki, diplomatik məğlubiyyətlə üzləşir. Daha doğrusu erməni rəsmilərinin düşünülməmiş, tələm-tələsik açıqlamaları, təxribat xarakterli gedişləri İrəvanın diplomatik cəbhədə məğlub durumunu daha qabarıq şəkildə ortaya qoyur. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ problemi ilə bağlı açıqlamasına onun erməni həmkarının verdiyi sərt reaksiya və həmin reaksiyaya Moskvadan nümayiş etdirilən mövqe deyilənləri təsduqləyir. Təsadüfi deyil ki, əksər ekspertlər də hesab edirlər ki, son proseslər, Lavrovun məlum açıqlaması Paşinyan hökumətinə qarşı daxili təzyiqləri də artırıb. Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanamsı istiqamətində mərhələli həll planını açıqlaması, demək olar ki, işğalçı ölkədə Paşinyana qarşı Qarabağ klanının yeni cəbhə açmasına səbəb oldu: "Onlar baş naziri Qarabağı Azərbaycana verməkdə günahlandıraraq siyasi reavarnş götümək istəyir. Amma, qüvvələri yoxdur. Qeyd edim ki, Sergey Lavrovun bu açıqlması, Paşinyan iqtidarını çox pis vəziyyətlə üzləşdirib. Onlar hər vəchlə bunu yalanlamağı və mərhələli həll planının olmadığını qeyd edirlər. Təbii ki, onların bu arqumenti əsassızdır və mərhələli həll planına uyğun olaraq danışıqlar masasında əyləşiblər. Amma, məsələnin digər fərqi ondadır ki, işğalçı tərəf planı mahiyyətcə qəbul etsə də, ilk növbədə Qarabağın statusunu ilkin şərt kimi irəli sürürlər. Bu ilkin şərt Qarabağın müstəqilliyi deməkdir".
Politoloq deyib ki, bundan əlavə, mərhələli həll formulu özü polimikadı və münaqişənin həllini kifayət qədər uzadır: "Burada xalqların öz müqqədaratı prinsipinin ehtiva olunması, birbaşa işğal faktorunda erməni amilini qabardır. Qarabağın həll formulu bütün danışıqları tormozlayır və bizim yekunda əleyhimizə işləyə bilər. Həmçinin xalqların özünün müqqədartının həlli prinsipi Qarabağ münaqişənin həllində ən problemli məsələdi və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə əsaslanmalıdır. Amma, Ermənistan tərəfi qəti şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir. Ona görə də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində danışıqların yekun nəticəsi, yalnız danışıqların pozulması olacaq. Bu onda baş tutmaya bilər ki, Minsk formatı kənara çəkilsin, Azərbaycan və Ermənistan özü bir araya gəlib, həll formulunu müəyyən edib, razılığa gəlsin. Belə bir imkan və şərait mümkündür. Amma, maraqlı ölkələr buna imkan vermir".
Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Ermənistan daxilində ümumi siyasi vəziyyət gərginləşir: "Paşinyana qarşı yeni cəbhə formalaşır. Keçmiş Təhlükəsizlik Komitəsnin sədri Vanetisyan yeni siyasi qüvvə toparlayır. Rusiya da bu şəxsi dəstəkləyir. Göründüyü kimi daxildə siyasi gərginliklər Paşinyanın Qarabağ danışıqlarında kompromis mövqe tutmasının qarşısını alır. Azərbaycan yalnız təzyiq vasitəsilə münaqişənin həllini sürətləndirə bilər. Artıq uzun müddətdən sonra cəbhə xəttində artilleriyanın işə düşməsi Ermənistan üçün mesajdır. Nikol Paşinyan öz xalqını sülhə hazırlamadı və substantiv danışıqlara razı olsa da nəticədən çəkinir. Rusiyanın mövqeyinə gəldikdə isə, Moskva Kazan formulunu irəli sürür. Amma, bununla razılaşma Azərbaycan üçün müəyyən risklidir"
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan praqmatik siyasət ortaya qoyub, Rusiyadan asılı olmadan konkret olaraq birbaşa Azərbaycan prezidenti ilə danışıqlara gedə bilər: "Hətta Naxçıvanda neytral ərazidə bir araya gəlib münaqişənin həllində ciddi nəticə əldə edilə bilməsi üçün belə bir görüş mümkün ola bilər. Paşinyan vəzifəyə gəldikdən bir neçə aydan sonra, heç bir ölkənin iştirakı olmadan prezident İlham Əliyevlə görüşdü, qısa danışıqlar apardı və şifahi razılıq da əldə edildi. Azərbaycanın da marağındadır ki, üçüncü ölkələrin müdaxiləsi olmadan birbaşa danışlıqlara getsin. Belə bir təcrübə olub, amma Ermənistanın eks- prezidenti Robert Koçaryan Rusiyadan tam asılı olduğu üçün Moskvaya çağırıldı və bu razılaşmadan imtina edildi. Ermənistan baş nazirinin bunu etməsi mümkündür. Sadəcə siyasi iradə ortaya qoyması lazımdır. Ola bilər ki, bu baş versin. Onsuz da Qarabağ klanı sıradan çıxarılır. Bu Ermənistan üçün şansdır və ölkənin gələcək inkişafı işğal olunmuş ərazilərdən çıxmaqdan asılıdır. Azərbaycan tərəfinin post-pandemiya dövründə imitasiya xarakterli danışıqlara imkan verməsi real görünmür".
Məhəmməd
Olaylar.az