Koronavirus da İranla ABŞ-ı barışdırmadı - Fars körfəzində gərginlik

Ağ Evin süni tənəffüs aparatı ilə bağlı yardım təklifinə Tehrandan rədd cavabı verilməsinin ardınca iki ölkə arasında gərginliyi alışdıra biləcək növbəti insident baş verdi; politoloq: "Bu, hazırda koronavirusla mübarizə supergüc statusu zəifləmiş Birləşmiş Ştatların "əsəblərini yoxlamağa" yönəlmiş bir addımdır"

Bir çoxlarında gözlənti var idi ki, dünyanı lərzəyə salan koronavirus pandemiyası illərdir gərgin münasibətlərdə olan dövlətlərin bir-birinə baxışını dəyişəcək. Ancaq müşahidələr bunun əksini deyir, xüsusilə də ABŞ və İranın timsalında...

Məsələ burasındadır ki, həm İran, həm də ABŞ COVİD-19 pandemiyasından itkilərə məruz qalan "lider" ölkələr sırasındadır və məntiqlə ümumi bəla onların arasında barışa səbbəb olmalıydı. Ancaq koronavirus da Vaşinqtonla Tehranı barışdırmadı. Düzdür, bu günlərdə ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların koronavirusla bağlı kömək çərçivəsində İrana süni nəfəs aparatları göndərməyə hazır olduğunu bildirib. Bu barədə o şənbə günü Ağ Evdə keçirilən brifinqdə bildirib. ABŞ lideri ölkəsində ehtiyatda minlərlə süni nəfəs aparatının olmasından danışıb. 

"Mən vəzifəmi icra etməyə başladıqda İran bütün Yaxın Şərq üzərində nəzarəti əldə etməyə hazır idi. İndi onlar sağ qalmaq haqqında düşünürlər, orada hər həftə koronavirusa görə etiraz aksiyaları keçirilir, mən bunun olmamasını üstün tutardım", - Ağ Ev rəhbəri deyib. 

Командующий армией Ирана усомнился в словах Трампа о 52 ударах ...

Trampın fikrincə, rəsmi Tehran Vaşinqtonun köməyinə ehtiyac duyur və ABŞ müraciət olunacağı təqdirdə yardım etməyə hazırdır.

Lakin rəsmi Tehran bundan əvvəlki bir neçə halda olduğu kimi, bu dəfə də okeanın o tayından təklif olunan yardımı, ABŞ-ın süni nəfəs aparatları ilə bağlı təklifini rədd edib. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ölkəsi buna ehtiyac duymur. Nazir "Twitter" hesabında Trampa xitabən yazıb ki, İran özü yaxın aylarda ventilyasiya aparatları ixrac edəcək. 

"Sizin etməli olduğunuz yeganə iş başqa millətlərin, xüsusən də xalqımın işlərinə qarışmağı dayandırmanızdır. Və inanın ki, biz heç bir Amerika siyasətçisinin tövsiyələrini qəbul etmirik" - Zərif bildirib. 

Qeyd edək ki, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-dan qisas alınacağını bəyan edən İran tərəfi hətta bu ölkənin prezidentini öldürənə 80 milyon dollar mükafat veriləcəyini açıqlamışdı. Hətta İran TV-ləri bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmasını, hər bir iranlının fonda 1 dollar ödəməli olduğunu təklif etmişdi. Bütün bunlardan sonra 30 ildən artıqdır davam edən "savaş"ın qısa müddətdə aradan qaldırılacağı inandırıcı görünmürdü. 

Aprelin ilk həftəsində xəbər yayıldı ki, İran hərbçiləri Fars körfəzinin girişində ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatı (PUA) vurub. Məlumatda deyilirdi ki, SEPAH-ın hərbçilərinin vurduğu PUA Amerikanın "Global Hawk" tipli aparatıdır. İran tərəfi iddia edirdi ki, ABŞ-a məxsus aparat İranın hava məkanını pozub. İnsidentin Hormazqan əyalətini yaxınlığından baş verdiyi deyilirdi.

Bunun ardınca isə iki ölkə arasında soyuq savaşı tətikləyən daha bir gərginlik yaşanıb. Belə ki, İranın yarı-hərbi İnqilab Qvardiyası aprelin 19-da Fars körfəzində ABŞ-ın hərbi gəmilərinin qarşısını kəsib. Qvardiya bu faktı etiraf etsə, Amerikanın insident yol açdığına dair iddia irəli sürməyib. 

Ötən çərşənbə günü baş verən bu insident haqda ABŞ-ın Dəniz Donanması video açıqlayıb. Videoda İranın sürətli qayıqlarının Küveyt yaxınlığında ABŞ gəmilərinə yaxınlaşdığı göstərilir. İnqilab Qvardiyası qüvvələrin həmin vaxt təlimdə olduqlarını və Amerikanın qeyri-professional və provokativ əməlləri, xəbərdarlıqlara məhəl qoymaması ilə üzləşdiyini bildirib. İran daha sonra amerikalıların bölgəni tərk etdiyini deyib. 

Situasiya nə deyir, regionda yeni hərbi qarşıdurmanın əsası qoyula bilərmi? 

Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım ...

Politoloq Hikmət Hacızadə hesab edir ki, hələ ki, bu gərginlik böyük muharibə səviyyəsinə çatmayib: "Amma gərginlik qalır və belə xirda münaqişələri gözləmək olar. Xüsusən bu, koronovirus dönəmində inanmıram ki, tərəflər məsələni gərginləşmək istəyəcək". 

Bəs, qəfildən ABŞ koronavirus səbəbindən böyük maliyyə itkilərinə məruz qalan, həmçinin xəstə və ölü sayına görə öndə gedən, sanksiyalar girdabında qalmış İrana qarşı hərbi əməliyyatlar gıələ bilərmi? 

H.Hacızadə nəzəri cəhətdən bunu mümkün sayır. Amma hesab edir ki, belə bir plan olsa, onu İsrailin əli ilə həyata keçirəcəklər.

"İranın Küveyt yaxınlığında ABŞ-ın hərbi gəmilərinin qarşısını kəsməsi faktı, çox güman ki, daxili auditoriyaya hesablanmış və hazırda koronavirusla mübarizə supergüc statusu zəifləmiş Birləşmiş Ştatların "əsəblərini yoxlamağa" yönəlmiş bir addımdır". 

Politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. 

Elçin Mirzəbəyli: Ərdoğan və Putinin bəyanatları səfərin uğurlu ...

Siyasi təhlilçi qeyd etdi ki, ABŞ Dəniz Donanmasının yaydığı videoda İrana məxsus sürətli qayıqların ABŞ hərbi gəmilərinin qarşısı kəsməyə cəhd göstərdiyi faktı təsdiqini tapsa da, bu hadisənin beynəlxalq sularda, yaxud Küveytin ərazi sularında baş verdiyi bildirilmir: "Yəni əgər hadisə Küveytə məxsus ərazin sularında baş versəydi, o zaman bu, suveren dövlətin sərhədlərinin pozulması anlamına gələ bilərdi ki, o zaman bu hadisə çox güman ki, silahlı insidensiz ötüşməyəcəkdi. Əgər fakt beynəlxalq sularda baş veribsə, o zaman bu hadisənin "Küveyt yaxınlığında" baş verdiyini söyləmək də, düşünürəm ki, doğru deyil. Ərazi sularının bölünməsi BMT-nin 1982-ci ildə qəbul edilmiş Dəniz Hüququ haqqında Konvensiyası ilə tənzimlənir. Beynəlxalq hüquqa görə okeanla əlaqəsi olan su hövzələrində ərazi suları 22,2 kilometr müəyyənləşdirilib. Relyefə uyğun olaraq müəyyən fərqlərin olması da mümkündür. Daha sonra isə iqtisadi ərazi gəlir ki, burada hərbi gəmilərin olmasına beynəlxalq hüquq icazə vermir". 

Bu səbəbdən E.Mirzəbəyli insidentə birmənalı münasibət bildirməyə çətinlik çəkdiyini bildirdi: "Çünki ABŞ Hərbi Donanmasının məlumatı dolğun deyil. Bütün hallarda bu hadisənin geniş insidentə səbəb ola biləcəyini düşünmürəm".

ABŞ-ın yardım təklifinə anındaca rədd cavabı verən İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Suriyaya səfər edəcək və Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Belə həssas məqamda İran rəsmisinin Suriyaya səfər etməsi bölgədə ciddi maraqları olan dövlətlərdən biri kimi ABŞ-ı qıcıqlandırmaya bilməz...

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31