Avroliqa finalı Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi
Avroliqa finalı Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi
30 May 2019 14:15 Siyasət"Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Avroliqa dünya arenasında, dünya miqyasında özünəməxsus yer tutmuş, yüksək qiymətləndirilən futbol mübarizəsidir. Dünən 1 ilə yaxın müddətdirki gözlədiyimiz Avroliqanın finalı keçirildi. Hərkəsin müxtəlif təəsüratlarla, hiss və həyacanla gözlədiyi final artıq gəlib çatmışdı. Əlbətdə sevindirici bir haldır. Möhtəşəm bir Bakı Finalı. Futbol Bakı Olimpiya stationunda keçirilmişdir. Və möhtəşəm izləyici kütləsi var idi. İzləyənlər içərisində ölkə prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva cənablarını da görmək mümkün idi. İzləyicilər yanlız stationda deyil, açıq havada monitorda izləmək şansı da qazanmışdırlar. Möhtəşəm finalı izləmək üçün məşhur futbolçular, məşqçilər belə Bakımıza üz tutmuşdurlar. Finalı izləməyə, deyərdim ki qonşu ölkələrdən, əsasən İran, Rusiya, Gürcüstan və diğər qonşu ölkələrdən gələnlər çoxluq təşkil edirdi. Tamaşaçılar sırasında boş yerlər görmək mümkün deyildi. Möhtəşəm finalın yayımlanması üçün stationda 40-a yaxın kamera mövcud idi".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, final mərhələsi bütün dünya üçün maraqlı oldu: "Bütün dünyada bu komandaların azarkeş dəstələrinin olduğunu aydın şəkildə görə bilərik. Artıq biz yüksək təşkilatçılıq və təhlükəsiz şəkildə oyunu başa vurduq. Bu yenidən bir şeyi sübut etdi. Azərbaycan təhlükəsiz, tolerant ölkədir. Azərbaycan heç kəsdən asılı deyil. Azərbaycan müstəqil bir dövlət, yaşamaq və fəaliyyət üçün təhlükəsiz coğrafi ərazidir. Bunun haqqında istər məşqçilər, istərsədə qonaqlarımız təəsüratlarını bölüşdülər. Bundan əlavə ölkəmizə təşrif buyuran turistlər, onların ölkənin adət ənənələri, gəzməli görməli yerlərə baş çəkmələri də özünməxsus fikri ifadə edir. Bəli. Əvvəl bəlkədə Bakını tanımayan, Qafqazda kiçik paytaxt təəsüratları ilə bura gələn turistlər və qonaqlar, eləcədə futbolçu heyəti Azərbanın məşhur adət ənənələri, tarixi mədəniyyəti ilə az da olsa tanış olmuşdurlar. Əlbəttə bu qərbdə Qafqaz və Azərbaycanla bağlı yeni təəsüratlara səbəb olacaqdır. Bu bizim beynəlxalq çərçivədə öz mövqeyimizi gücləndirməyə təkan verəcəkdir. Mübarizənin qalibi Chelsea komandası oldu. Azərbaycanlı azarkeşlərdən hər iki komandaya böyük dəstək vardı. Möhtəşəm finalın sonu möhtəşəm təqdimetmə ilə başa vuruldu".