Dövlət başçısı ziyalılara hər zaman diqqət göstərib
Dövlət başçısı ziyalılara hər zaman diqqət göstərib
30 May 2019 12:14 Siyasət"Azərbaycan müstəqil, unitar, demokratik qanunlara sahib bir ölkədir. Bu il artıq biz Cümhuriyyətimizin 101-ci ilinə qədəm qoyduq. Məhz o Cümhuriyyət ki, müsəlman aləmində və şərqdə ilk türk hökumət idi. Məhz bu bizim dövlətçilik ənənələrimizin yenidən dirçəlişi və formalaşması idi. Hər il olduğu kimi bu ildə Respublika Günü xüsusi təntənə ilə qeyd edildi. Ölkə başçısının iştirak etməsi tədbirə xüsusi zövq vermişdir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, cənab prezident İlham Əliyev müasir Azərbaycanın məhz Cümhuriyyətin varisi olduğunu qeyd etmişdir: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!".
Ekspert qeyd edib ki, Azərbaycan tarixi zəngindir, rəngarəndir. Vətənimizin tarixində xeyli ziyalılar yetişdir. Diqqət yetirərsək ölkə prezidenti bu məsələyə xüsusi diqqət ayırmışdır. Bir neçə il öncə Paytaxtın mərkəzində Xalq Cümhuriyyətinə həsr edilmiş abidə ucadıldı. Keçən il yəni 2018-ci il Xalq Cümhuriyyəti ili elan edildi. Bununla bağlı xüsusi dövlət tədbirləri keçirildi, xüsusi dövlət sərəncamları verildi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı. Məhz Sovet ittifaqının işğalından sonra ölkəyə müəyyən müddət müstəqillik verildi. Lakin buna baxmayaraq bu sadəcə "FORMAL" müstəqillik idi. Məhz ölkəmizdə müstəqilliyin əsl forması Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə əsası qoyulmuşdur. Müstəqiliyi yenidən qazandıqdan sonra ilk diqqət yetirilən məsələlər iqtisadiyyat və hərb məsələləri olmuşdur.
İlham Əliyev öz nitqində tariximizdən geniş şəkildə danışmış, ətraflı şərh etmişdir. Ölkə başçısı müasir Azərbaycanın xüsusiyyətlərindən, inkişaf prespektivlərindən də söhbət açmış, ölkəmizin dayanıqlı inkişafa qoşulması, istər hərb, istər iqtisadi və istərsədə digər sahələrdə inkişafdan danışmışdır: "Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq".
Cənab Prezident öz nitqində Dağlıq Qarabağ məsələsinə də toxunmuşdur. O söyləyir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. Biz çalışırıq bu məsələni həll edək". Məhz bu gün qondarma "Dağlıq Qarabağ respublikası"nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Azərbaycan bu məsələ ilə bağlı müxtəlif özünəməxsus işlər görür, təbliğat aparır. Bu məsələ ilə bağlı dünyanın qabaqcıl təşkilat və siyasi institutları tərəfindən qətnamələr qəbul edilmişdir. Nəzərinizə çatdırım ki, 1991-ci ildə tərkibinə qəbul olunduğumuz İslam Konfransı təşkilatı Ermənistanı təcavüzkar ölkə kimi tanımışdır. Ermənitana qarşı müxtəlif qətnamələr qəbul etmişdir. Eləcə də Beynəlxalq Millətlər Təşkilatı da Qarabağla bağlı 822, 853, 874, 884 saylı qətnamələr də qəbul edilmişdir. Bununla yanaşı qeyd etdiyim kimi Azərbaycan bu məsələni unutmamış və məsələnin həlli üçün mümkün imkanların hər birindən istifadə edir. Diqqətiniz üçün minnətdaram.