Bu günə qədər Azərbaycan yüzlərlə beynəlxalq tədbirlərə və oyunlara ev sahibliyi edib- ŞƏRH

Bu günə qədər Azərbaycan yüzlərlə beynəlxalq tədbirlərə və oyunlara ev sahibliyi edib

Rəşad Quliyev: "Ölkəmizə gələn yüzlərlə idmançı arasında erməni təmsilçiləri də olub"

Azərbaycan yenə şər qüvvələrin, dövlətimizin, dövlətçiliyimizin inkişafını istəməyən xarici dairələrin hədəfinə çevrilib. Ənənəvi və sistemli şəkildə həyata keçirilən bu hücumların arxasında erməni lobbisinin maliyyəsinin dayandığı şübhəsizdir. Təəssüflər olsun ki, erməni lobbisinin maddi dəstəyi ilə həyata keçirilən antiAzərbaycan kampaniyasına daxildəki bəzi radikal siyasi düşərgə təmsilçiləri, eləcə də Avropaya mühacir etmiş antimilli ünsürlər də qoşulurlar. Bu günlərdə yenə həmin qüvvələr aktiv fəaliyyətə keçiblər. Başlıca məqsəd UEFA-nın final qarşılaşmasının Bakıda keçirilməsinə əngəl olmaqdır. Bunun üçün dəridən-qabıqdan çıxan şər qüvvələr Azərbaycanın ünvanına heç bir əsası  olmayan fikirlər səsləndirməkdən, iddialar irəli sürməkdən belə çəkinmirlər.

UEFA-nın final qarşılaşma ərəfəsində Azərbaycana qarşı başlanan bu çirkin kampaniya cəmiyyətin hər bir üzvü tərəfindən kəskin etirazla qarşılanıb. Təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda ölkəmizə qarşı hazırlanan bu ssenari kəskin şəkildə tənqid olunub, onu həyata keçirənlərə yalnış yoldan yayınmaq tövsiyə edilib.

Dünya Azərbaycanlıları Assambleyası da indiki məqamda Azərbaycana qarşı başlanan hücumları kəskin şəkildə pisləyərək ümidvar olduğunu bildirib ki, indiyə qədər olan bütün cəhdlər kimi, UEFA-nın final qarşılaşmasının Bakıda keçirilməsini əngəlləmək planı da qətiyyən baş tutmayacaq. Assambleyanın prezidenti Rəşad Quliyev deyib ki, Azərbaycan bu günə qədər onlarla. yüzlərlə beynəlxalq əhəmiyyətli yarışlara yüksək səviyyədə təşkilatçılıq edib və UEFA-nın final qarşılaşmasını da yüksək səviyyədə təşkil edəcək: "Bugünlərdə yenə lüzumsuz , ölkəmizin əleyhinə olacaq bir mövzu maraqlı dairələr tərəfindən ortalığa atılıb, bununla bağlı müzakirə başladılıb. Söhbət Arsenalın oyunçusu "Mxitiryan Bakıya gəlməlidir ya yox" mövzusundan gedir.  Bu günə qədər Azərbaycan yüzlərlə beynəlxalq tədbirlərə və oyunlara ev sahibliyi edib. Bizim ölkəyə yüzlərlə idmançı , siyasətçi gəliblər. Bunların içində digərlərlə yanaşı erməni təmsilçiləri də olub.  Bu gün beynəlxalq sferalarda Ermənistan diasporası bizə qarşı apardıqların təbliğatın əsasında bizim guya onlara qarşı irqi ayrı seçkilik tətbiq etdiyimizi və məhz bu səbəbdən Dağlıq Qarabağ erməniləri də "irqçı, şovinist" azərbaycanlılarla birlikdə yaşaya bilmədikləri üçün Dağlıq Qarabağda xalq hərəkatı başladlblar,  nəticədə onlar bu regionda özlərinin təhlükəsiz yaşaya bilmələri üçün BMT-nin əsas prinsiplərindən biri hesab olunan " Xalqların öz müqəddəratını təyin etmə" prinsipi ilə müstəqillik əldə etmək istəyirlər. Xüsusi qeyd edim ki,  BMT ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərsə də, bu prinsipindən imtina etmir və xalqların öz müqəddəratını təyin etmə prinsipinə də hörmətlə yanaşır. Gəlin baxaq bu prinsip nə zaman tətbiq olunur? Bir xalq , etnos əgər milli-irqi ayrıseçkiliyə məruz qalırsa, əgər bir ölkənin hakimiyyəti etnosa qarşı düşmən münasibət sərgiləyib milli haqlarını əlindən alıb, zor, güc, tətbiq edir və işgəncəyə, soyqrıma mərus qoyursa, o zaman etnos hesab edirsə ki, bu ölkənin milli çoxluğu ilə birlikdə yaşaya bilməz və bu hökumət onun haqlarını ən yaxşı şəkildə müdafiəsini təşkil edə bilmirsə, o zaman BMT-nin bu prinsipi tətbiq olunur. Dəfələrlə Avropa Parlamenti , NATO, Avropa Şurası və digər beynəlxalq qurumların tədbirlərinə, seminarlarına qatıldıqda bu mənzərənin şahidi olmuşuq. Ermənistan təşkilatları sosial şəbəkələr, media orqanlarında hər hansı erməniyə qarşı yazılar yazıldıqda, yaxud erməni irqinə qarşı xüsusi yazılar yazıldıqda bu faktdan əleyhimizə ciddi istifadə edirlər. Bilin və agah olun ki, bu cür hay küylər, "ermənilər Bakıya gəlməsin", "onları öldürməliyik, onları əzməliyik" kimi çıxışlar ölkə diplomatiyamızın aparsığı uğurlu fəaliyyətin üzərindən xətt çəkir". DAA rəhbəri hesab edir ki, gündəmimizdə daha ciddi məsələlər varkən, gündəmimizi, toplumun diqqətini hansısa və xüsusən beynəlxalq miqyasda tanınan futbolçunun yaxud müğənninin, yaxud siyasətçinin Bakıya gəlməsinə yönəltmək Azərbaycanı sevməyən qüvvələrin təşkil erdiyi oyunlardır: "Bir də bunu unutmamalıyıq ki, bizim mübarizəmiz Ermənistanın işğalçı ordusu ilədir. Etnosu ilə deyil. Biz xalq olaraq sülhpərvər , qonaqpərvər bir xalqıq və birlikdə bu siyasəti nümayiş etdirib onların bu bəhanələrini əllərindən almalıyıq. Ona görə mənşəcə erməni olan bir oyunçunun Bakıya gəlişi mövzularını müzakirəyə çıxarmaq gələcəkdə bu cür beynəlxalq yarışların ölkəmizə verilməsini əngəlləyə bilər, bunları nəzərə alaraq biz yalnız işğalçıların dərsini savaş meydanında vermək haqqında düşünməliyik".

Füzuli

AntiAzərbaycan qüvvələri nədən fəallaşıblar? Şərh

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31