AntiAzərbaycan qüvvələri nədən fəallaşıblar? Şərh
13 May 2019 14:02 SiyasətXaricdəki maraqlı dairələr ölkəmizin artan nüfuzundan narahatdırlar
Uzun illərdən bəri ölkəmizə qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdləri bu gün də davam etməkdədir. Xüsusən, ölkəmizdə keçirilməsi reallaşdırılan beynəlxalq tədbirlər ərəfəsində "kol dibində yatmış kormallar" fəallaşmağa başlayırlar. Xatırladaq ki, mühüm enerji və nəqliyyat layihəlırinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012 ci ildə Eurovision, 2015 ci ildə Avropa Oyunları, 2016 cı ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. İndi də eyni ssenari, eyni təşkilatçı və icraçılar, eyni dirijor çubuxu havada yellənməkdədir. Artlq bir müddıtdir ki, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu dəfə qarayaxma kampaniyasına əsas səbəb mayın 29 da Bakıda UEFA finalının keçirilmişdir. Böyük Britaniya XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq bir şey həqiqətdir ki, hər ölkəyə belə bir etimad göstərilmir. Çünki, hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Heç şübhəsiz ki, bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Məhz bu baxımdan qətiyyətlə demək olar ki, edilən bütün cəhdlər, Azərbaycanı gözdən salamaq məqsədilə atılan çamurlar heç bir effekt verməyəcək. Ona görə ki, Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan bu oyunu keçirməyi xoş niyyətlə öz üzərinə götürüb. Təbii ki, Avropada da sadə insanlar bu oyunun Azərbaycanda keçirilməsinin əlehinə deyillər. Əfsuslar olsun ki, maraqlı dairələr tərəfindən Azərbaycana qarşı qərəzli şəkildə mənfi münasibət sərgiləyənlər də yox deyil. Heç şübhəsiz ki, bu münasibətlərin kökündə geosiyasi məsələlər, siyasi qısqanclıq kimi amillər durur.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanı gözü götürməyən qüvvələr tənqid üçün heş bir əsas tapa bilmədiklərindən müxtəlif bəhanələrə əl atırlar. Heç şübhəsiz ki, sözügedən bəhanələrin "ana xəttində" insan hüquqlatı, qanunun aliliyi məsələsi dayanır. Bu məqamda Azərbaycanın "öz gözündə tiri görmür, özgə gözündə çop axtarır" məhşur deyimi yada düşür. Məlum olduğu kimi Qərb ölkələrinin özündə belə hallar saya-hesaba gəlmir. Nədən Azərbaycanda "bulanıq suda balıq axtarmaq" sevdasına düşən həmin dairələr bu məsələlərdə susurlar? Halbuki Azərbaycan əməli fəaliyyəti ilə dəfələrlə sübut edib ki, ölkəmizə qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur.
Yaxud, iddia olunur ki viza rejimi problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır. Hətta bəzi beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən elekron viza sistemini yüksək qiymətləndirirlər. Otellərin bahalığına gəldikdə isə, rəsmi statistika deməyə əsas verir ki, artıq ölkədə fəaliyət göstərən otellərdə demək olar ki, boş yer qalmayıb. Çünki, Bakıda 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər mövcuddur ki, bu da on minlərlə idman azarkeşininə seçim imkanı verir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın sabitlik və cinayətkarlığın səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə edilməsi belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinə imkan verir. Hətta Azərbaycan tərəfi bəyan edib ki, Arsenal klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilir. Əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Halbuki hazırda Avropanın bəzi ölkələrində isə dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artıb. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə İslam, yəhudi dinindən olanlar, eyni zamanda, qaradərililər ayrı-seçkiliyə məruz qalırlar. Göründüyü kimi, ayrı ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Azərbyacan dəfələrlə sübut edib ki istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir.
Fakt odur ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Hətta ən müxtəlif səviyyədə edilən təzyiqlərə baxmayaraq, ölkəmiz müstəqil siyasət yürütmək niyyətindən dönmək fikrində deyil. Elə bu səbədən də Avropa siyasətçiləri Azərbaycanla bərabərsəviyyəli tərəfdaş kimi danışmalıdırlar. Lakin hamıya gün kimi aydındır ki, Qərbdəki bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə, özü də ən iyrənc formada həyata keçirirlər. Əksər hallarda isə belə kampaniyalar vətəndaş cəmiyyətləri vasitəsilə reallaşdılır. Əslində isə ölkəmizə qarşı bu qədər şər və böhan kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar.
Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirən Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur: "Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar. Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır". Göründüyü kimi ölkəmizə qarşı aparılan belə əsassız kampaniyalar sifarişlidir və vahid mərkəzdən idarə olunur. Yenə də mötəbər beynəlxalq tədbir ərəfəsində Azərbaycanda gərginliyin artmasını arzulayan qüvvələr peyda olublar. Heç şübhəsiz ki, bu qüvvələr erməni lobbisi ilə əlaqəlidir, sifarişlə müəyyən tapşırıqları icra edirlər. Lakin bütün bunlara rəğmən Azərbaycan UYEFA finalının ən yüksək səviyyədə keçirilməsini təmin edəcək və ölkəımizə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu bir daha sübut edəcək.
Zəka