Azərbaycanın müstəqillik qazandığı 26 illik dövrü xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir- Şərh

Azərbaycanın müstəqillik qazandığı 26 illik dövrü xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir

Ölkəmizdə həyata keçirilən uğurlu və məqsədyönlü, düşünülmüş siyasət Azərbaycanın sürətli inkişafına zəmin yaradır, onu daha da irəli aparır. Artıq uzun illərdir ki, Azərbaycan məhz bu inkişaf yolu ilə gedir, irəli addımlayır.

Burada diqqət çəkən başlıca məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin inkişafı yalnız bəlli bir sahə üzrə deyil, bütün istiqamətlər üzrə gedir. Bura həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni və humanitar sahələr daxildir. Eləcə də idman sahəsində Azərbaycan uzun illərdir ki, uğurlu inkişaf yolu keçir. Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula-1, eləcə də bu kimi digər mühüm beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi məhz Azərbaycanın uğurlu idman siyasəti də həyata keçirdiyini ortaya qoyur. Elə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı da bu qənaətdədir. Onun sözlərinə görə,  Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. Yusif Babanlı qeyd edib ki,  idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir: "Çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazanadığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır. Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil, digər sahələrdə də inkişafına səbəb olub. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcə də iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir". Yusif Babanlı bildirib ki, gənclik və idman bir-brini tamamlayan məfhumlardır: "Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün siferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayır. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini birmənalı olaraq Azərbaycan respublikasında idmanın inkişafına sərf edib. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurublar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth edib, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər".
Onun sözlərinə görə, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir: "Elə bir rayon və şəhərimiz yoxdur ki, orada İdman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, "İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir". Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görüb. Ümumxalq məhəbbəti qazanmış Olimpiya hərəkatı, olimpiya qalibləri və ölkəmizi təmsil edən idmançılar dövlətin qayğı və dəstəyi ilə tam təmin olunub. Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır. Olimpya ilə yanaşı Paralimpiya Oyunları da dövlətin tam qayğı və diqqəti ilə əhatə olunub və Cənab Prezident oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini də hər zaman diqqətdə saxlayır, görüşlər keçirir. Prezident onlarla görüşlərində Azərbaycanın idman dövləti kimi beynəlxalq aləmdə böyük nüfuza malik olmasını məhz idmançılarımızın böyük zəhmətinin nəticəsi kimi vurğulamışdır. "Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paraolimpiya oyunlarında idmançılarımız şərəflə çıxış etmişlər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul etmişdir". Cənab Prezidentimiz İlham Əliyev hətta, Milli Olimpiya Komitəsinin rəhbəri olduğu dövürdə haqlı olaraq vurğulamışdır ki, "Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevirilib, idmançılara və vetiranlara diqqət yüksək səviyyədədir. Əminliklə vurğulamq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək və yeni zirvələr fəth olunacaqdır". Doğrudanda dövlət başçısının illər öncə əminliklə vurğuladığı bu istəklər real oldu, Azərbaycan idman sahəsində dünyada yetərincə uğur qazandı və yeni zirvələr fəth etdi".
Yusif Babanlı deyib ki, Azərbaycanın müstəqillik qazandığı 26 illik dövrü xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövürlərdəndir: "Son 26 il ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Cənab Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın "Bədən tərbiyəsi və idman günü" qeyd edilməsi oldu. Biz də, dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və idman sahəsində çalışan mütəxəssis kimi əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31