Prezidentdən məmurlara ciddi xəbərdarlıq- TƏHLİL

İlham Əliyev: “Onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər”

İlham Əliyev: "Onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər"

Artıq on illərdir ki, Azərbaycan öz uğurlu inkişaf yolunu keçir. İstər iqtisadi, istər sosial, istərsə də digər sahələrdə atılan addımlar, həyata keçirilən tədbirlər və islahatlar ölkəmizin daha da inkişafına, tərəqqisinə yol açır. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, bu gün ölkəmiz həm regionun, həm də dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Bütün bunlar isə ilk növbədə Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması fonunda özünü göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi, məqsədi vətəndaş məmnunluğu, insanların həyat şəraitinin yüksəldilməsinə yönəldiyindən Azərbaycan cəmiyyəti də bu islahatları, görülən işləri məmnunluqla qarşılayır, ona dəstək nümayiş etdirir.

Ancaq onu da etiraf etmək lazımdır ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da bütün proselər rəvan, problemsiz getmədiyindən, hər şey ideal olmadığından zaman-zaman bəzi xırda problemlər. Nöqsanlar ortaya çıxır.  Həmin problemlərin, nöqsanların əsas səbəbkarı isə öz vəzifəsinin öhdəsindən gələ bilməyən, onlara göstərilən etimadı doöğrultmayan bəzi məmurlardır.  Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə təyin etdiyi məmurlara xalqın xidmətçisi olmağı tövsiyə edir, onlara bu barədə ciddi tapşırııq verir, buna baxmayaraq bir çox mərkəzi hakimiyyətdə təmsil olunan, yaxud yerli məmurlar vətəndaşdan daha çox öz yaxın ətrafına xidmət etməyə üstünlıük verir. Ona həvalə edilən postdan, vəzifədən sui-istifadə edir ki, bu da vətəndaşlar arasında haqlı narazılığa səbəb olur. Təəssüf ediləsi məqam ondan ibarətdir ki, məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vətəndaş məmnunluğuna xidmət etməyən hərəkətlər və fəaliyyətlərə təkcə regionlarda deyil, eləcə də paytaxt Bakıda rast gəlmək olur. Bütün bu nöqsanlar isə ilk növbədə dövlət başçısı Cənab İlham Əliyevin xalq, dövlət, onun inkişafı üçün atmış olduğu addımlara əngəl yaradır. Planlı şəkildə dövlət başçısının iqtisadi vəı sosial siyasətinə zərbə vurulmuş olur. Etiraf edək ki, zaman-zaman bu kimi mənfi hallar, tendensiyalarla rastlaşmışıq. Və xüsusi qeyd edilməli məqam da ondan ibarətdir ki, bu tipli məmurlar dəfələrlə onlara edilən xəbərdarlıqlara məhəl qoymadıqları üçün tutduqları vəzifələrdən məhrum ediliblər. Lakin görünən odur ki, bəzi məmurlarımız baş verənlərdən nəticə çıxarmaqda acizdirlər.  Bu hal isə təkcə vətəndaşı, cəmiyyəti deyil,  eləcə də   Cənab Prezidenti ciddi şəkildə narahat edir.  Məhz bəzi yerli məmurların səriştəsizliyi, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir ki, Cənab Prezident bölgələrə səfərləri zamanı bilavasitə özü yerli sakinlərlə görüşüb, onların problemlərini dinləyir, məktublarını şəxsən qəbul edir. Əslində isə bu birbaşa yerli icra hakimiyyəti başçılarının, məmurların işi olmalıdır. Daha dəqiq desək dövlət başçısının etimadını qazanan məmur ela çalışmalıdır ki, bölgə insanı problemini həll etmək üçün ümidini prezidentin səfərinə bağlamasın. Vətəndaşın problemi, üzləşdiyi çətinlik dərhal yerlərdə həllini tapmalıdır ki, o da dövlət başçısından hansısa xahiş etməsin. Ancaq göründüyü kimi hələ də bu sahədə nöqsanlar qalmaqdadır və qeyd etdiyimiz kimi bu da məhz bəzi məmurların vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir.  Bu situasiya, vəziyyət elə Cənab Prezidenti də narahat edir və hər dəfə olduğu kimi dövlət başçısı bütün görüşlərində bu məsələyə toxunur. Elə bu günlərdə paytaxtın Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak zamanı sakinlərlə keçirdiyi görüşdə də dövlət başçısı bu məsələyə toxunub.  Dövlət başçısı sakinlərlə görüşündə demək olar ki, təyin etdiyi məmurlara növbəti xəbərdarlığını etmiş olub: "Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir".

Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi öz növbəsində bürokratik əngəllərə də yol açır ki, dövlət başçısı bu kimi hallarrın aradan qaldırılmasını net şəkildə tələb edir. Bu tələbə əməl etməyənləri isə zamanında cəzalandırır. Dövlət başçısı haqlı şəkildə bildiri ki, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır: "Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31