Əli Kərimli Qərbin maşası rolunu könül xoşluğu ilə oynamaqdadır

Əli Kərimli Qərbin maşası rolunu könül xoşluğu ilə oynamaqdadır

"Əli Kərimli mövqelərini itirməmək və ana müxalifətçilik statusunu əldən verməmək üçün REAL Partiyasının mitinqlər yox, seçkilər yoluyla mübarizə aparmaq şüarını və taktikasını ağrılı da olsa yavaş-yavaş qəbullanmaqdadır. Belə ki, Ə.Kərimli AXCP-Milli Şura cütlüyünün keçirmək istədiyi 5 may və 11 may mitinqlərində seçki islahatları tələblərinin irəli sürüləcəyinin anonsunu verib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, amma buna baxmayaraq o, mitinqləri əsas mübarizə vasitəsi kimi görməkdə davam edir: "Bu da Ə.Kərimlinin xarakterindəki radikallıqdan irəli gəlir. AXCP liderinin 2020-ci il parlament seçkilərini və 2025-ci il prezident seçkilərini gözləməyə və hakimiyyət uğrunda qanuni yollarla mübarizə aparmağa səbri çatmır. O, məhz mitinqlər vasitəsilə ölkədə kütləvi itaətsizliyə şərait yaratmağa və öz siyasi hədəflərinə çatmağa çalışır. Bu mənada, Qərbin Azərbaycanda sabitliyi pozaraq inqilab etmək cəhdləri də AXCP liderinin işlərinə yarayır. Adam Qərbin maşası rolunu könül xoşluğu ilə oynamaqdadır. Makiavellist siyasət Əli Kərimlinin boyuna biçilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31