Daşnaklar Paşinyana təzyiq edir: Qarabağı tanı...
Daşnaklar Paşinyana təzyiq edir
19 Aprel 2019 11:27 SiyasətErmənistan və Qarabağ arasında hərbi siyasi razılaşma imzalanmalıdır. Bu razılaşma xarici siyasət və müdafiə sferasında edilənlərə hüquqi əsas verəcək.
Bunu "Yerkir.am"a açıqlamasında Daşnaksütyun Partiyasının siyasi məsələlər üzrə nümayəndəsi Kiro Manoyan deyib.
"Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olduğunu deyir, amma bunu hansı əsasla etdiyini deyə bilmir. Digər tərəfdən biz deyə bilmərik ki, indiyə qədər heç bir razılaşma imzalanmayıb. İndiyə qədər dövlətlərarası, hökumətlərarası razılaşmalar var və bu da tanınmağa ehtiyac duyur", - deyə o bildirib.
Onun sözlərinə görə, Qarabağın tanınmasını ATƏT-in Minsk Qrupunun həmsədrləri qəbul etməyə bilər, amma bu, Azərbaycan üçün sarı kart olacaq.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31