"Ermənilər müasir sivilizasiya üçün ən bəlalı toxuma çevriliblər”
“Ermənilərin harada olmasından asılı olmayaraq, əgər icma halında toplanıblarsa, onlar hər şeyə milli şüur prizmasından baxmağa çalışır, öz milli maraqları nöqteyi-nəzərindən əlahiddə, lakin çox gizli siyasət yürüdürlər. Qazaxıstan hadisələri də bura aid edilə bilər”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
10 Yanvar 2019 14:59 Siyasət"Ermənilərin harada olmasından asılı olmayaraq, əgər icma halında toplanıblarsa, onlar hər şeyə milli şüur prizmasından baxmağa çalışır, öz milli maraqları nöqteyi-nəzərindən əlahiddə, lakin çox gizli siyasət yürüdürlər. Qazaxıstan hadisələri də bura aid edilə bilər". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
Karaqandada kifayət qədər saya malik olan, bu şəhərin ticarət və iaşə sistemində mövqelərə sahib olan erməni icmasının formalaşdığını deyən politoloq xatırladıb ki, hələ sovet dövründə ermənilər Qazaxıstana mövsümi iş dalınca gedir və kifayət qədər pul qazanırdılar: " Onların bir hələ o dövrdə ailələrini də götürüb Qazaxıstana köçüblər. Həmin dövrlərdə bu ölkədə torpaq sahələri, iş yerləri çox olsa da, insan ehtiyatları az olduğundan köçəri həyat sürməyi öyrəşən ermənilər hər zaman olduğu kimi bu boşluqdan istifadə edərək proseslərə təsir etmək gücünə malik olmaq üçün icmaya çevrilməyə başlayıblar".
Q. Hüseynli qeyd edib ki, Qazaxıstanda icma yaradan ermənilər sonradan öz bulanıq, qarışıq, çığırqan hərəkətləri ilə yerli əhalini təbdən çıxaracaq səviyyədə millətçilik şüarları ilə çıxış etməyə başlayıblar: "Ermənilərin iddialarını tarixi faktlarla tutuşdurduqda, onların iddialarının nə qədər əsassız olduğunu orta məktəb şagirdi elə başa düşə bilər. Amma onlar bu iddialarını həyata keçirmək üçün istənilən yollara əl atırlar. Gah məşəqqətlər çəkmiş, gah da yazıqlanaraq, başqalarından imdad diləyən dilənçi formasına düşürlər. Ermənilər cilddən cildə düşərək, müasir sivilizasiya üçün ən bəlalı toxuma çevriliblər".
Politoloq vurğulayıb ki, Qazaxıstanda baş verənləri aid məişət hadisəsi kimi qələmə verən ermənilər bu hadisənin kökünə varmaq belə istəmirlər: " Ermənilərin ərazi, dövlətçilik, tarixlərinin saxtalaşdırılması iddialarının həddi hüdudu yoxdur. Dünyada onlar qədər alçaq keyfiyyətlərə malik ikinci xalq yoxdur".
Q. Hüseynli deyib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın haqq səsini müdafiə etmək sahəsində mövqeyi onlara xoş gəlmir: "Çünki Qazaxıstan KTMT-də nüfuz sahiblərindən biridir. Bundan başqa təşkilatda təmsil olunan Belarus da gedən prosesləri bilir və ədalətli mövqe sərgiləyirlər. Ermənilər simsiz telefon kimi yalan informasiyaları bir-birilərinə ötürməkdə mahirdirlər. Mən əminəm ki, Karaqanda yaşayan ermənilərlə indiki Ermənistanda və Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yaşayan ermənilərlə həmrəydirlər. Belə olan halda, xüsusi çəkisi kifayət qədər böyük olan Nazarbayevin münaqişə ilə bağlı söylədiklərindən qəzəblənir, nifrətlərini sıravi vətəndaşlardan çıxarmağa çalışırlar. Zənnimcə bu hadisələrin kökündə ermənilərin xarakterinin ayrılmaz hissəsi olan başqa xalqlara, xüsusilə də türklərə nifrət dayanır. Qazaxlar bu hadisədən qəzəblənib və onlar ermənilərin həmin əraziləri tərk etmək kimi şüarlar səsləndirmək məcburiyyətində qalıblar. Zənnimcə qazax xalqı ermənilərin bu cür həyasız davranışlarını unutmayacaqlar".
SİA