İkili standartlar, yoxsa Avropanın Azərbaycana nifrəti?

Gənclərin qanına susayan milli satqınlar özlərini hərraca çıxarıblar Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Dövət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılıb. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir.

Gənclərin qanına susayan milli satqınlar özlərini hərraca çıxarıblar

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Dövət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılıb. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Ölkədə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı və insan ləyaqətinə hörmət dayanır. Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları yetirəncə qorunur. Azərbaycandan fərqli olaraq yaxın qonşular da daxil olmaqla özünü demokratiyanın beşiyi adlandıran Avropa ölkələrində kütləvi şəkildə insan hüquqlarının  pozulması müşahidə olunur. Məlumat üçün qeyd edək ki, bir sıra Avropa ölkələrində insan hüquqlarının pozulması demək olar ki, cəmiyyətin bütün təbəqələrinə qarşı törədlilir. Jurnalistlərdən tutmuş sahibkarlara qədər üzdə olan əksər kəsim mütəmadi olaraq hüquqlarının pozulmasından əziyyət çəkirlər. Son vaxtlar Avropa ölkələrində cərəyan edən etiraz aksiyaları sözügedən məsələnin daha qabartmış oldu. Məlum oldu ki, inkişaf etməkdə olan ölkələrə demokratiya dərsi keçən Avropa əslində hələ də qəddarlıq, vəhşilik, barbarlıq həyat tərzindən qurtula biməyib. Məhz bunun nəticəsidir ki, Avropa ölkələrində etiraz  aksiyaları ən qəddar üsullarla dağıdılır. Zəhərli qazdan, polis dəyənəklərdən istifadə avropalı polislərin "sevimli" müdafiə vasitəsinə çevrilib. Çevik polis alayı aksiyaları dıtmaqdan ötrü su şırnaqlarına üstünlük verir. Polis vəhşiliyi o qədər tüğyan edir ki, hətta etirazçılar atların ayaqları altında qalaraq xəsarət alırlar. Kütləvi həbslər həyata keçirilir. Qadın və yaşlılar vəhşicəsinə ərazidən kənarlaşdırılır, ettirazçılar həbsə atılır. Məlumat üçün qeyd edək ki, "sarı gödəkçəlilər"in aksiyası zamanı Fransa polisi bir gündə 454 nəfəri saxlayıb ki, onlardan 301 nəfər həbs edilib. Məlumata görə, yeni il gecəsi ölkədə təhlükəsizliyin təmin edilməsi üçün 100 mindən çox polis, jandarm, hərbçi, yanğınsöndürən və digər xidmət orqanları faəliyyətdə olublar.

Digər bir fakt jurnalistlərin həbsi və yaxud qətli ilə bağlıdır ki, artıq dünya ölkələrində belə halların sayının artımı müşahidə edilir. Xatırladaq ki, ötən ilin yanvar ayından noyabr ayına qədər dünyanın müxtəlif ölkələrində ölən jurnalistlərin sayı 2017-ci il üzrə ölənlərin sayından xeyli artıq olub. İnsan hüquqları təşkilatı olan "Sərhədsiz müxbirlər"in mətbuat azadlığına dair nəşr etdiyi illik hesabatında bildirilib ki, jurnalistlərin ölüm hallarının yarısından çoxu beş ölkənin payına düşüb. Təkcə 2018-ci ilin yanvar ayından dünyada 80 nəfərdən çox jurnalist öz peşəkar fəaliyyəti ilə əlaqədar qətlə yetirilib.Hərbi münaqişələrin olduğu bölgələrdə 2018-ci ilin 11 ayı ərzində 44 jurnalist həyatını itirib. Bundan əlavə, hazırda dünyada 348 jurnalist həbsdədir. Maraqlı məqam ondan ibarətdir ki, dünyanın aparıcı dövlətləri, eləcə də beynəlxalq nüfuzlu təşkilatları bu kimi faktlara qarşı biganəlik nümayiş etdirilər. Əvəzində Azərbaycanda konkret qanunsuz əməlinə görə cəsasını almış bloger Mehman Hüseynovun həbsini əllərində bayraq edərək guya ondan ötrü "göz yaşı" tokürlər. Sual olunur nədən  bu ölkələrdə belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti  BMT nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur. Acınacaqlı hal ondan ibarətdir ki, Avropanın antiAzərbaycan fəaliyyətini milli satqınlar canla-başla həyata keçirilər. Belə ki,  xüsusi komanda ilə fəallaşan 5-ci kolonun fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərlıri  öz havadarlarının sifarişini yerinə yetirirərək Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışıarlar. Ancaq bir fakt məlumdur ki, demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar  düşündürür. Əslində maddi marağını hər şeydən üstün tutan bu kəsimlər bütün dövrlərdə Azərbaycanla bağlı baş verən ictimai-siyasi hadisələrdə dövləti gözdən salmağa, naliyyətlərimizi heçə endirməyə çalışıblar. Xüsusilə, yuxarıda adı sadalanan şəxslər və onların yaxın çevrələri bütün enerjisini Azərbaycanın beynəlxalq nüfuzuna çamır atmağa yönəldiblər. Öz media quruluşu və sosial şəbəkələrindən yararlanaraq millət və dövlət üçün taleyüklü məsələlərdə belə nizəni ürəyə sancmaqdan ləzzət alıblar. Azərbaycanın cəbhə xəttində, yaxud danışıqlar masasında üstünlüyü ələ alması bu zombiləşmiş məxluqun daim rahatlığını əlindən alıb. Bu dəfə də millətin qanına susamışlar öz ampulalarında qalaraq hənclərdən dövlətin əlehinə istifadə yolu tutublar. Lakin bütün cəhdlərə baxmayaraq intelektual Azərbaycan gənci yaxşını pisdən ayırmağa çox gözəl bilir. Təkcə bu baxımdan demək olar ki, radikal müxalifətin arzusu yenə də ürəyində qalacaq.  

Sonda onu da qeyd edək ki, müasir dövrdə dünyada ən problemli mövzulardan biri ikili standartlar məsələsidir. Bu mövzu o qədər aktuallaşıb ki, artıq dünyanın istənilən ölkəsində bununla bağlı müzakirələr gedir. Əksəriyyət qəbul edir ki, dünya siyasi sistemində, beynəlxalq arenada bir çox problemlər məhz bu münasibətdən yaranır. Dünya problemlər içərisində boğulur, hansı regiona baxsaq orada həll edilməmiş münaqişələr, böyük dövlətlərin maraqları naminə daha kiçik dövlətləri qurban vermələri, transmilli korporasiyaların ictimai siyasi xadimlərə sui qəsdlərdən tutmuş dövlət çevrilişlərinə qədər ağır cinayətlər törətmələrinin şahidi olaraq. Azərbaycanlı olaraq artıq uzun müddətdir ki, bu münasibəti biz də özümüzə qarşı hiss edirik.  

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31