Rusiya-Ukrayna gərginliyi siyasi müstəvidən dini qarşıdurmaya doğru - ŞƏRH

Keçən ilin sonlarında yaşanan Kerç böhranı ilə onsuz da normal məcrada getməyən Ukrayna-Rusiya münasibətləri yenidən gərgin atmosferə qədəm qoydu. Kerç boğazında Ukraynaya məxsus gəmilərin Rusiyanın hərbi dəniz qüvvələri tərəfindən atəşə tutulması Moskva ilə Kiyevi yenidən müharibə vəziyyətinə gətirdi. Vəziyyət o qədər ciddi xarakter aldı ki, Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə hərbiyyəsində bir nömrəli hazırlıq vəziyyəti elan etdi. Kırım böhranından sonra yenidən gərgin fazaya qədəm qoyan Rusiya-Ukrayna münasibətlərini bir qədər normallaşdırmaq üçün beynəlxalq birlik hərəkətə keçsə də, lakin görünən odur ki, Moskva ilə Kiyev arasında buzlar hələ də ərimək bilmir. Əksinə hər keçən gün tərəflər arasında gərginlik bir qədər də artır.

Keçən ilin sonlarında yaşanan Kerç böhranı ilə onsuz da normal məcrada getməyən Ukrayna-Rusiya münasibətləri yenidən gərgin atmosferə qədəm qoydu. Kerç boğazında Ukraynaya məxsus gəmilərin Rusiyanın hərbi dəniz qüvvələri tərəfindən atəşə tutulması Moskva ilə Kiyevi yenidən müharibə vəziyyətinə gətirdi. Vəziyyət o qədər ciddi xarakter aldı ki, Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə hərbiyyəsində bir nömrəli hazırlıq vəziyyəti elan etdi. Kırım böhranından sonra yenidən gərgin fazaya qədəm qoyan Rusiya-Ukrayna münasibətlərini bir qədər normallaşdırmaq üçün beynəlxalq birlik hərəkətə keçsə də, lakin görünən odur ki, Moskva ilə Kiyev arasında buzlar hələ də ərimək bilmir. Əksinə hər keçən gün tərəflər arasında gərginlik bir qədər də artır. 

Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi isə daha çox Birləşmiş Ştatlar və Qərbə sərf edir. Kırım böhranından sonra Rusiyaya qarşı bütün istiqamətlərdən təzyiqləri artıran Qərb indiki situasiyada daha bir gərginlik fonunda Moskvaya növbəti sanksiyalar tətbiq etmək, ona qarşı daha aqressiv mpvqe sərgiləmək və təzyiqləri artırmağı düşünür. Ona görə də hazırda gərgin atmosferə doğru gedən Ukrayna-Rusiya münasibətləırini daha da mürəkkəbləşdirmək Qərbin maraqlarına xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı müddətdə iki ölkə arasında münasibətləri normallaşdırmaq çətin olacaq. Əksinə Kiyevlə Moskva arasında problemlər daha da artacaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki,  Ukrayna və Rusiya arasında əlaqələr geri dönüşü olmayan bir yola qədəm qoyur. Onun sözlərinə görə, Ukrayna Avtokefal kilsəsinin Rusiyadan ayrılması, iki ölkə arasında dini qarşıdurmaya yol açacaq: "Rusiya prezidenti Vladimir Putin ilin son mətbuat konfransında bunu açıq tezislə qeyd etdi. Qeyd edim ki, Ukraynada hansı şəxsin hakimiyyətdə olmasına baxmayaraq Rusiya ilə əlaqələrdə ilkin şərt olmadan normal münasibətlərin qurulması qırmız xətti keçmək olacaq. İlkin şərt ilk növbədə Krımdan Rusiyanın öz işğalçı ordusunu çəkməkdir. Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi, Donbas və Luqanskda separtizmi alovlandırması iki ölkə arasında dərin uçurum yaratdı. Belə bir fonda Ukrayna siyasi-ictima dairələrində Rusiya ilə əlaqələrin yüksəldilməsi istiqamətdə çalışmalar təbii ki, dövlətə qarşı satqınlıq olar. Rusiya heç vaxt Krımı Ukraynaya qaytarmayacaq. Gələcək perspektivdə Donbas və Luqanskla bağlı müəyyən kompromislər olsa da, Krımın işğalı və dini ayrılıq məsələsi Ukrayna və Rusiyanı ayrı-ayrı qütblərə böldü".

Politoloq deyib ki, artıq İstanbulda dünya provoslav xristianlarının dini rəhbəri Patriarx Varfolomey, rəsmi olaraq Ukrayna kilsəsini Rusiyadan azad edib: "Kilsənin Rusiyadan sərbəst buraxılması haqda sərəncamı Ukraynanın müstəqillik yolunda tarixi hadisə olsa da, bu, Rusiya ilə Qərb arasında siyasi-hərbi qarşıdurmanın təzahürüdür.  İstanbulda Imzalanma mərasimində Ukrayna Mitropoliti Yepifaniy, Ukrayna prezidenti Petro Poroşenko və ailə üzvləri də iştirak edib. Mərasimdə Ukrayna kilsəsinə müstəqillik statusu verən "Tomos" adı verilən qərarnamə Yepifaniyə təqdim edilib. Təbii ki, Kerç böhranı və Kilsənin Rusiyadan ayrılması qərarı prezident P. Poroşenkonun seçki qabağı reytinqini yüksəldəcək. Həmçinin qələbə şansını artıra bilər". Politoloqun qənaətincə, Ukraynanın şərqindəki, münaqişəyə gəldikdə isə, dini müstəvinin buraya da sirayət etməsi qarşıdurmanı yeni ideoloji mərhələyə gətirəcək: "Donbasda müharibə aparan separatçılar artıq kilsə uğrunda da mübarizə edəcəklər. Kilsənin ayrılması ilə, Rusiya Azov dənizini Ukraynanın üzünə tam bağlayacaq. Baş verən böhranlı proseslərə rəğmən Ukrayna kilsəsinin Rusiyadan ayrılması Qərbin uğurlu planıdır. Bu qərar Ukraynanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsinə gətirəcək". Məhəmməd Əsədullazadə bildirib ki,  GUAM şərçivəsində Azərbaycan Ukrayna ilə əməkdaşlıq edir. Məhz bu ölkədə işğal və separatizmlə üzləşdiyinə görə, Azərbaycanla eyni taleyi bölüşür: "Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünə daima beynəlxalq təşkilatlarda səs verməlidir.  Bu, bizim Qarabağla bağlı haqq işimizin dəstəklənməsi üçün çox vacibdir. Həmçinin beynəılxalq hüquqda mövqelərimizi möhkəmləndirər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31