Azərbaycanın 4 problemi hansılardır?

"Azərbaycanda yalnız dörd problem var, qalanları həmin problemlərdən asılıdır". Bunu millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov Milli Məclisin insan hüquqları daimi komitəsinin iclasında deyib. Millət vəkili bildirib ki, bu problemlər Dağlıq Qarabağ, yerlibazlıq, qohumbazlıq və ictimai fikrin nəzərə alınmamasıdır: "Bu problemlər həll olunsa, digərləri də həllini tapar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00