Həmsədrlər ümid edirlər ki...

“Azərbaycanın səbri tükənib ermənilərə razılıq versin”

"Yeni dövlət katibi Son Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvonun dəyişməsinin zəruriliyi haqda verdiyi bəyanata baxmayaraq, yeni dönəmdə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallığını artıracağı inandırıcı deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili, politoloq Rasim Musabəyov çıxış edib. O, bildirib ki, bu fəallıq ilk növbədə, Ermənistanı ağıla gətirməkdən keçir: "Belə fəallığı isə həmsədr dövlətlərdən heç biri etmək istəmir. Həmsədrlər ümidlərini buna bağlayıblar ki, Azərbaycanın səbri tükənib ermənilərin istəyinə razılıq versin və bunun nəticəsində də münaqişə həll olunsun. Amma bu baş verməyəcək. Kimlərsə bunu düşünürlərsə, yanılırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00