Qarsda Xocalı sərgisi təşkil olunacaq
13 Fevral 2013 14:20 Siyasətİstanbuldakı Beşikdaş Meydanında Xocalı soyqırımına həsr olunmuş mitinq keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərneyinin sədri Göksəl Gülbəy deyib ki, aksiya ASİM-DER-in İstanbul şöbəsi tərəfindən təşkil olunacaq: "Fevralın 17-də isə Qarsda Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunacaq. Sərgidə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyi, eləcə də Qars baş konsulluğunun bizə təqdim etdiyi və Xocalı soyıqırmından bəhhs edən CD-lər, kitab və broşürlər pulsuz olaraq iştirakçılara paylanacaq. Sərgi 4 gün davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00