"Paşinyanın gündə ağlına bir fikir gəlir, onu da danışır" — Deputat

"Hazırda Azərbaycan ilə Ermənistan arasında dialoqu bərpa etmək üçün hazırlıq işləri aparılır".

Bu fikirləri  Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. 

R.Musabəyov deyib ki, dekabrda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hələlik aparılan danışıqlar aktiv deyil:

"Ona görə də indiki halda keçirilən görüşlərdən nə isə müsbət nəticə və irəliləyiş gözləmək mümkün deyil. Baxmayaraq ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Amma onların bu görüşləri daha çox danışıqları bərpa etməyə hazırlıq xarakteri daşıyır".

Deputat qeyd edib ki, Nikol Paşinyanın qeyri-konstruktiv açıqlamalarının heç bir əhəmiyyəti yoxdur:

"Paşinyanın gündə ağılına bir fikir gəlir, onu da danışır. Hesab edirəm ki, bu Azərbaycanı öz mövqeyindən geri çəkindirə bilməz".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31