Ərdoğan Putini bu hədiyyə ilə yola saldı
20 Noyabr 2018 04:19 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Türkiyə səfəri çərçivəsində maraqlı hədiyyə edib.
"Qafqazinfo"nun "Haberler"ə istinadən məlumatına görə, "Türk axını" layihəsinin dəniz hissəsinin tamamlanma mərasimi üçün İstanbula səfər edən Putin bu gün ölkəsinə qayıdıb. Ərdoğan rusiyalı həmkarını yola salarkən türkiyəli yazar Alev Alatlının "Dünya növbəsi - Qoqolun izində 2-ci kitab"ının rus dilinə çevrilmiş variantını bağışlayıb.
Putin Ərdoğanla və dövlət rəsmiləri ilə vidalaşdıqdan sonra Atatürk Hava Limanına yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31