Amerika yumşaq siyasətə üstünlük verəcək

Türkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra gərginləşən və amerikalı keşişin həbsi ilə daha da drammatik xarakter alan Vaşinqton-Ankara münasibətləri deyəsən normallaşmağa doğru gedir. Hər halda Ankaranın amerikalı keşişi həbsdən azad etməsindən sonra iki ölkə arasında artan diplomatik məsləhətləşm\lər belə deməyə əsas verir. Artıq Vaşiqnton-Ankara yaxınlaşması elə bir səviyyəyə çatıb ki, prezidentlər səviyyəsində uzun müddətli və geniş mövzuları əhatə edən telefon danışıqları olur, qarşılıqlı fikir mübadiləsi aparılır. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə həyata keçirilən Qaşıqçı cinayəti də müəyyən mənada Ankara-Vaşiqnton münasibətlərinin normallaşmasında rol oynadı. Belə ki, məlum hadisədə demək olar ki, Türkiyə və Birləşmiş Ştatların mövqeləri üst-üstə düşdü. Təsadüfi deyil ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampla onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışıqlarında da əsas müzakirə mövzularından biri də məhz Qaşıqçı cinayəti olub. Bütün halda ekspertlər Vaşiqnton-Ankara yaxınlaşmasını region üçün əhəmiyyətli hesab edirlər. Müstəqil ekspert Rusif Məmmədsoy deyir ki, Birləşmiş Ştatlar-Türkiyə münasibətlərinin normallaşması bir növ Ankaranın Yaxın Şərqdəki maraqlarının qəbul edilməsi, mövqelərinin qorunub saxlanılması anlamı verir. Hər nə qədər Vaşonqton Ankaranı Yaxın Şərqdən sıxışdırmağa çalışsada da, sonda Türkiyənin regiondakı gücü, nüfuzu, qüdrətini qəbul etmək məcburiyyətində oldu: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatlar prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub. Prezident administrasiyasından verilən məlumata görə ölkə prezidentlərinin görüşü zamanı əsas müzakirə edilən məsələlər bunlar olub. PKK, FETÖ, Qaşıqçı cinayəti və iqtisadi sahələr. Əvvəlcə başlayaq PKK-dan. Bildiyimiz kimi Birləşmiş Ştatlar və Türkiyə arasında son zamanlar münasibətlər olduqca pis idi. Lakin hal-hazırda sabitlik hökm sürür. Bunun da bir çox səbəbləri var. Bunlardan biri ondan ibarətdir ki, Birləşmiş Ştatlar Türkiyə və Rusiya müttəfiqliyinin qarşısını almaq istəyirdi. Bu səbəbdəndir ki, Mənbiçdə birgə yol xəritəsi üzrə razılaşma qaldığı yerdən davam edir. Telefon danışığı zamanı Ərdoğan Trampa PKK- ya edilən yardımları saxlamağı da məsləhət görüb. Bu məsələ haqqında çox danışmışıq. Yəni, xülasə Ərdoğanın son çıxışlarına nəzər salsaq görərik ki, Türkiyə PKK-nı Fəratın Şərqinə çəkməklə kifayətlənmək istəmir. Hansı ki, bu da Birləşmiş Ştatların maraqlarına cavab vermir". Ekspert deyir ki, FETÖ günün ən çox maraq doğuran məsələsidir: "Donald Tramp FBİ-a göstəriş verib ki, FETÖ-nün Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı nə lazımdırsa edilsin. Bəs bu açıqlama nəyə hesablanıb? Hətta Donald Tramp bununla ölkə daxilindəki müxaliflərə də tənqid imkanı verir. Çünki, münasibətlər bu qədər kəskinləşdikdən sonra nəyə görə bu addım atılır?! Mən bunu iki cür izah edərdim. Rahib Bronson Birləşmiş Ştatlara təhvil verilərkən böyük əksəriyyət də məhz FETÖnün ekstradisiya edilməsi məsələsinə fokslanmışdı. Lakin, digərləri bu məsələni Mənbiçdə birgə hərəkətlə bağlayırdı.Görünür Ərdoğanın "al papazı, ver papazı" ifadəsi də məhz buna aid imiş. Qaşıqçı məsələsinə gəldikdə isə bu məsələnin artıq o qədər də önəmi yoxdur. Amerika tərəfi bildirib ki, Türkiyə bu məsələnin ört-basdır edilməməsi üçün əlindən gələni edir və bizimlə eyni mövqedən çıxış edir. Donald Trampın bu çıxışlarını mən məhz Fransa prezidenti Emmanuel Makronla son görüşlə əlaqələndirirəm. Bildiyimiz kimi Qərbi Avropa ölkələri xüsusilə də Fransa Avropa ordusu yaratmaq haqqında hər dəfə çıxış edir. Bu isə Birləşmiş Ştatların xoşuna gəlmir təbii ki. Çünki belə bir sual ortaya çıxır. Siz NATO-da təmsil olunursunuzsa bu nəyə lazımdır?  Hesab edirəm ki, Birləşmiş Ştatların NATO-da ən yaxın müttəfiqlərindən olan Türkiyəyə qarşı inamsızlıq göstərməsi digər ölkələri də narahat edir. Bu isə əlbəttə ki, NATO-nun , eyni zamanda da ABŞ-ın reputasiyasına xələl gətirir. Bununla da Birləşmiş Ştatlar Türkiyə ilə münasibətləri nizama salaraq regionda yenidən güclü müttəfiq axtarışındadır və NATO-nun nüfuzunu qaytarmağı planlaşdırır. Hesab edirəm ki, bu bir növ də ölkə daxilinə hesablanmış addımlardır. Bildiyimiz kimi Birləşmiş Ştatlarda yaxın günlərdə ara seçkilər baş tutdu və demokratların Konqresdə sayları eyniləşdirdi. Artıq ölkə başçısı demokratlarla hesablaşmağa məcburdur. Bu səbəbdən də ABŞ artıq yumşaq  siyasətə üstünlük verəcək". Ekspert deyir ki, iqtisadi məsələlərə gəldikdə isə Türkiyədə lirənin dəyərdən düşməsi və iqtisadi sabitliyin pozulması da iki ölkə arasındakı münasibətləri çətinləşdirən amillərdəndir.Bundan sonra lirənin dollar qarşısında dəyərinin qalxmasını gözləməyə dəyər.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31