Ermənistana gedən 600-ə yaxın avtomobil yolda qaldı
18 Noyabr 2018 09:34 SiyasətRusiyadan Ermənistan gedən 600-ə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.
Azərtac xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstanla Rusiya arasında olan yeganə Stepandsminda-Lars magistralında güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən bütün növ avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu səbəbdən də Rusiyadan Ermənistana gedən 400-dən çox minik və 150-dən çox yük və yedəkli yük maşını sərhəddə qalıb.
Yolun nə zaman açılacağı isə hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31