“Ermənistan özünü “vorzakon” kimi aparır– Şərh

"Ermənistan nümayəndəsinin seçilməsinə Belarus və Qazaxıstanın etirazlarını bildirməsi,  Paşinyanın seçkiqabağı öz daxili reytinqini yüksəltmək üçün onları günahlandıraraq izahat tələb etməsi, onun acizliyinin bariz nümunəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Ehtiram Açırlı deyib.

O bildirib ki, ermənilərin Belarusa irad tutmağa çalışdıqları başlıca məsələ silah satışı ilə bağlıdır:

"Onlar Belarusun Azərbaycana müasir silahlar satmasını "cinayət" hesab edir, özlərinin "İsgəndər" əldə etmələrini "Azərbaycana yaxşı cavab" adlandırırlar. Azərbaycanın "Polonez"ləri almasını isə "Belarusun satqınlığı" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni faktiki olaraq bəsit xəstə məntiqi ilə çıxış edirlər. Adi insan belə sual edə bilər ki, "bütün dünya sənin aqressiv, yaramaz, ədalətsiz siyasətini dəstəkləməlidir?!". Bu, niyə elə olmalıdır?

Erməni terrorçuları Dağlıq Qarabağda və ətraf rayonlarda dünyada görünməmiş vəhşilik törədib, faktiki olaraq soyqırımı həyata keçiriblər. İndi bu cinayətə Belarus, Rusiya və Qazaxıstan da ortaq olmalıdırlar?! Siyasətçi üçün bu, o qədər absurd bir müddəadır ki, heç şərh etməyə dəyməz".

Politoloq qeyd edib ki, Paşinyan hələ də küçə anlayışından uzaqlaşa bilməyib. Üstəlik beynəlxalq münasibətlər sistemində də küçə davranışlarını tətbiq etməyə çalışır:

"Paşinyan fikirləşir ki, küçədə elədiklərini beynəlxalq münasibətlər sistemində də tətbiq edə bilər. 

Digər tərəfdən, Belarus və Qazaxıstandan izahat tələb etməsi kimi fikir səsləndirməsi onun özünü  kriminal aləmə xas olan "vor"lar kimi aparmasını göstərir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31