Paşinyan, nəhayət, “partladı”: “Nazarbayevlə Lukaşenko mənə izahat versinlər”
17 Noyabr 2018 13:26 SiyasətErmənistan baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan izahat tələb edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Belarus liderindən hansı səbəbə görə KTMT-nin problemini təşkilata üzv olmayan dövlətlə, yəni Azərbaycanın səfiri ilə müzakirə etdiyini soruşub.
"Bu mənim də hansısa xarici ölkənin səfirini çağırıb onunla KTMT-nin bağlı qapılar arxasında keçən iclası haqqında danışmağıma bənzəyir. Mən təəccüb edrəm ki, 30 il ölkəsinə rəhbərlik edən bir adam bu addımı necə ata bilər. Mən, əlbəttə ki, Belarus Respublikaısnın prezidnetindən, həm də başqasından izhat tələb etməliyəm",- deyə Ermənistan baş naziri bildirib.
Nikol Paşinyan Qazaxıstan lideri Nursultan Nazarbayevin növbəti baş katibin Belarus nümayəndəsi olacağı barədə sözllərinə toxunaraq, onun bostanına daş atıb:
"Heç kimin belə bəyanat verməyə haqqı yoxdur. Çünki KTMT-də qərarlar konsensus yolu ilə qəbul edilir. Biz isə mövqeyimizi açıq şəkildə ifadə etmişik. Hesab edirəm ki, KTMT çərçivəsində biz bütün tərəfdaşlarımızla bir-birimizin, habelə təşkilatın qarşısındakı öhdəliklərimiz barədə dəqiq söhbət aparmışıq".
Paşinyan dünən Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bəhs olunan məsələni müzakirə etdiklərini də dilə gəritib.
Ermənistan baş nazirinin məhz Putinlə söhbətdən sorna "qoçulanması" diqqət cəlb edir. Amma hər halda Paşinyanın Lukaşenkoya qarşı belə bir bəyanat verməsi maraqlı gəlişmədir. Hamıya məlumdur ki, Belarus lideri heç Rusiya prezidentinin belə özü ilə bu tonda danışmasını sevmir və olduqca tutarlı və kəskin cavablar qaytarır.