Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini dayandırmalıdır

“Fransanın yerinə Almaniya həmsədr ölkə olmalıdır”

"Fransanın yerinə Almaniya həmsədr ölkə olmalıdır"      

"Fransa ATƏT-in Minsk qrupunun üzvüdür. Həmsədr ölkə kimi, Fransanın münaqişənin həllinə tərəfli mövqe nümayiş etdirməsi doğru deyil. Bu beynəlxalq hüququn prinsiplərinə daxil deyil. Əgər Fransa Minsk qrupunun həmsədr ölkəsidirsə BMT-nin qətnamələrini icra etməlidir. Lakin bu qətnamələrdə, münaqişənin danışıqlar prosesində, vasitəçi dövlətlərin tərəfsiz olmaları bildirilir. Əgər Fransa buna əməl etmirsə onun ATƏT-in minsk qrupunun həmsədr ölkə kimi fəaliyyətini davam etdirməsi mümkünsüz olmalıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, Fransanın keçmiş prezidenti Jak Şrakın illər öncə Dağlaq Qarabağa olan münasibətini xatırladıb.

Qeyd edək ki, 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Fransa prezidenti Jak Şirakın vasitəçiliyi Azərbaycanın ərazi bütövlüyünü təhlükədə qoymuşdu. Fransanın vasitəçiliyi Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəlmişdi. Şirakın Parisdə Ermənistanla Azərbaycan prezidentləri arasında danışıqlar təşkil dirdi. Həmin vaxtlarda Fransanın səylərinə ABŞ da dəstək verirdi. Rusiya isə bu prosesdən bir qədər kənarda saxlanırdı. Tərəflər arasında razılaşma əldə edilməsinə yaxın olan zaman Ermənistan parlamentində bu ölkənin rəhbər şəxsləri güllələndi. Nəticədə razılaşma baş tutmadı.

Z.Məmmədov 90-cı illərdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi 3 ölkədən biri olmasına Azərbaycanın etiraz etdiyini vurğulayıb:

"Fransa həmin illərdə Avropada lider, söz sahibi olan ölkə kimi ATƏT-in Minsk Qrupunda təmsil edilməliydi. Bu gün Azərbaycan Fransanın Minsk qrupunda həmsədr ölkə olmasının məqsədyönlüyü barədə məsələ qaldıra bilər. Çünki Fransa özünü işğalçı rejimin himayədarı kimi göstərir"

Politoloq həmsədr ölkələr arasında Fransanın yerinə Almaniyanın gətirilməsinin məqsədəuyğun olacağını deyib:

"Almaniya Avropa İttifaqında əsas söz sahibi olan dövlətdir. Bu ölkədə Fransada olduğu qədər güclü erməni lobbisi fəaliyyət göstərmir. Almaniya həm də siyasi və iqtisadi lokomatividir".

"Azərbaycan vətəndaşları həm Fransanın Bakıdakı səfirliyində viza aldıqları zaman, həm də Fransa hava limanında problemlərlə üzləşirlər.

Bəs Bako Saakyan hansı yollarla Fransaya gedib? O, şengen vizasını necə alıb?

Belə olan halda Fransa tərəfindən ikili standartlar, qərəzlilik nümayiş etdirildiyi görünür. Beynəlxalq aləmdə təbii ki, bu dövlət və onun prezidentinin imicinə böyük zərbədir.

Son vaxtlar erməni fondları və lobbisinin, fransız və avropalı digər deputatların Dağlıq Qarabağa göndərilməsinin şahidiyik. Təəssüflər olsun ki, həmin deputatlar rüşvətxorluq nəticəsində kimlərdənsə maliyə yardımı əsasında dünyada sülhün qorunmasına çox böyük ziyan vurmaqla məşğuldurlar. Onlar beynəlxlaq hüquq normayivlərini pozmaqla məşğuldurlar".

Politoloq Ehtiram Aşırlı da, Fransanın həmsədrlikdən uzaqlaşdırılaraq yerinəAlmaniyanın gətirilməsini daha məqsədəuyğun və səmərəli addım olacağını bildirib. O, Almaniya kansleri Angela Merkelin Azərbaycana son rəsmi səfərini xatırladıb:

"Angela Merkel Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəstək göstərə biləcəklərini və maraqlı olduqlarını qeyd edib. Bu da onu göstərir ki, Fransadan fərqli olaraq Almaniya münaqişənin həllində daha çox maraqlıdır.Almaniya Fransadan fərqli olaraq beynəlxalq hüquq normaları çərçivəsində davranır.

Təəssüf ki, Fransa erməni lobbisinin güclü təsiri altında beynəlxalq hüquq normalarına zidd addımlar atmağa davam edir".

Похожее изображение

Palitoloq qeyd edib ki, təkcə Bako Saakyanın Fransaya səfəri deyil, bundan öncə Fransa bələdiyyə üzvləri və sədrlərinin dağlıq Qarabağa gəlməsi və "ikitərəfli müqavilələrə" baş vurduqlarını müşahidə etdik:

"Ermənistanın özü tərəfindən tanınmamış, işğalçı ordunun dəstəyi ilə yaradılan qanunsuz qurumun nümayəndəsinə qarşı bu cür münasibət artıq dözülməzdir. Hesab edirəm ki, Fransa bu məsələdə bitərəf olmadığını və bu ölkədəki erməni lobbisinin güclü təsiri ilə addımlar atdığını artıq dəfələrlə təsdiqləyib".

Nigar Orucova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31