Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
16 Noyabr 2018 12:21 SiyasətTəhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında 2017-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin "Türkiyə bursları" çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31