İsrail Azərbaycana yeni səfir təyin etdi - KİM?

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu açıqlayıb.

Bu vəzifəyə Corc Dik təyin edilib. O, bu postda 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

Qeyd edilir ki, ölkə tarixində ilk dəfə səfir qismində xristian ərəb təyin olunub.

C.Dik nazirlikdə 2008-ci ildən fəaliyyətə başlayıb, 2009-2012-ci illərdə İsrailin Nigeriyada, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbər müavini olub./trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31