Fransa “erməni soyqrımı” iddialarının yüzüncü ildönümündə qərar qəbul edəcək

Fransız senator Nataliya Qoulet "erməni soyqrımı" iddiaları ilə əlaqədar Fransanın Türkiyə və Ermənistanı məmnun edəcək addım atacağını deyib. Olayların Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Nataliya Qoulet açıqlamasında "erməni soyqırımı" ilə əlaqədar yeni qanun layihəsinin Fransa parlamentinin gündəliyinə salınma ehtimalının az olduğunu deyərək bu sabitliyin soyqırım məsələsinin tamamilə müzakirədən çıxarılacağı anlamına gəlmədiyini söyləyib. Senat "erməni soyqırımı"nın yüzüncü ildönümündə parlamentdə yenidən müzakirə olunacağını və öncəki illərdən fərqli nəticələr əldə ediləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00