Türkiyədən Kaşıkçının qətli ilə bağlı mühüm bəyanat
15 Noyabr 2018 04:35 SiyasətTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxalif səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı beynəlxalq səviyyədə araşdırmanın aparılmasının vacib olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Türkiyə parlamentində çıxış edən nazir bildirib ki, Ankara araşdırmanı sonadək aparmaq və günahkarları tapmaq niyyətindədir.
"Bu cinayətə işıq salmaq üçün əlimizdən gələni edirik. Biz sübutları görmək istəyənlərə onları göstərdik", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31