“Albaniyanın Eleni Teoxarusu arzuolunmaz şəxs elan etməsi əsaslıdır” AÇIQLAMA
14 Noyabr 2018 18:44 Siyasət"Avropa Parlamentinin üzvü Eleni Teoxarus Avropa Parlamentinin qanunlarına uyğun hərəkət etsəydi, onu normal qəbul edərdilər". Bunu millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, ancaq o yanlış yol tutdu: "Avropa Parlamentinin qərarı ilə əməli düz gəlmədiyi üçün problemlər yaşayır. Ermənipərəst Eleni Teoxarus erməniləri yersiz təbliğ edir, onların maraqları üçün çalışır. Albaniyanın Eleni Teoxarusu arzu olunmaz şəxs elan etməsi düzgün və əsaslı addımdır. Albaniyanın bu addımı həm də, erməni diasporunun iflasını göstərir. Hadisələrin gedişi göstərir ki, getdikcə dünya ədalətin bərpası istiqamətində qətiyyətli addımlar atır. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün dünya ölkələri Azərbaycanın haqq səsinə səs verir".
sia