“Eleni Teoxarus gəmidə oturub, gəmiçi ilə dava edən adam kimidir” AÇIQLAMA

"Avropa Parlamentinin üzvü Eleni Teoxarus gəmidə oturub, gəmiçi ilə dava edən adam kimidir". Bunu politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu kimi şəxslər ölkələrinin nüfuzuna çox böyük zərbə vururlar: "Kiprdən olan Avropa Parlamentinin üzvü Eleni Teoxarus müəyyən lobbiçi qruplarının maraqlarına uyğun, onların buna verdiyi maliyyə vəsaitinə əsasən fəaliyyətini qurur, anormal çağırışlar, bəyanatlar verir. Bəzən müxtəlif münaqişə bölgələrinə səfərlər edir və müəyyən sifarişlərə uyğun açıqlamalar verməklə dövlətlərarası münasibətlərdə etimadsızlıq yaratmağa çalışırlar. Ona görə də, bu cür adamların arzuolunmaz şəxs hesab edilməsi çox yerində olan bir qərardır. Hesab edirəm ki, digər dövlətlərdə analoji addımı atmalıdırlar. Yalnız bu yolla separatizmi dəstəkləyənləri əməllərindən çəkindirmək olar".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31