"Tanınmış adamlar işğal altında olan Qarabağa gəlmirlər” AÇIQLAMA

"Bəzən müəyyən qüvvələrdən, xüsusi ilə də, erməni lobbisindən maliyyə dəstəyi alan şəxslər Ermənistan tərəfindən işğal edilən və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qanunsuz səfərlər edirlər". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, onu iki qüvvə təşkil edir: "Birincisi, ikili siyasət aparan Qərbdəki qüvvələrdir. İkincisi isə, onlara maliyyə dəstəyi verən erməni lobbisidir. Yəni Qarabağa qeyri-qanuni səfərlər olur. Amma siz fikir verin tanınmış adamlar işğal altında olan Qarabağa gəlmirlər. Çünki bunun necə problem olduğunu anlayırlar. Yəni Azərbaycanla münasibətlərini korlamaq və arzu olunmaz siyahıya düşmək istəmirlər. Amma yenə də adamlar tapılır ki, Qarabağa qanunsuz səfərlər edirlər və bunlar ifşa olunurlar. Bunu edənlər yenə də ikili standartlar yürüdən Avropadakı qüvvələrdir ki, vaxtı ilə erməni separatizminə dəstək veriblər və bu gündə öz əməllərini davam etdirirlər. Onlar əsasən Avropalı deputatlarıdır ki, erməni lobbisi tərəfindən maliyyələşirlər. Zəif və gücsüz Ermənistan bu qüvvə ilə Azərbaycanla mübarizə aparmaq məcburiyyətində qalıb".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31