Deputatımız NATO Parlament Assambleyasının sessiyasına qatılacaq

Noyabrın 16-da Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının payız sessiyası işə başlayacaq. Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə,  sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində Demokratiya və İnsan Hüquqlarının təşviqi, Rusiyanın hibrid təhdidlərinə qarşı tədbirlər, NATO-nun yürütdüyü Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Kosmik sənayesinin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışı, Cənubda qeyri-sabitlik, Qərbi Balkanlarda təhlükəsizlik, Qaranlıq əlaqələr: terroristlərin şifrəli mesajlaşma, qara veb və rəqəmsal valyutalardan istifadəsi və digər mövzularda müzakirələr aparılacaqdır. NATO Parlament Assambleyasının payız sessiyası noyabrın 19-da başa çatacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31