Erməni lobbisinin maşasına çevrilənlər
14 Noyabr 2018 15:00 SiyasətBütün istiqamətlərdə Azərbaycan qarşısında məğlub duruma düşən Ermənistan və işğalçı ölkənin müxtəlif dövlətlərdə fəaliyyət göstərən lobbisi indi də maliyyə qarşılığında bəzi avropalı ayağı sürüşkən siyssətçiləri ələ alaraq onların işğal edilmiş Dağlıq Qarabağa səfərlərini təşkil edir. Son vaxtlar müntəzəm xarakter daşıyan bu səfərlər əslində Ermənistan dövləti və onun lobbisinin qarşısına qoyduğu teganə hədəfə çatmağa hesablanıb. Bu da Dağlıq Qarabağın tanınmasıdır. Diqqət çəksək görərik erməni lobbisi son vaxtlar daha çox parlamentariləri öz tərəflərinə çəkməyə cəhd edirlər. Xüsusilə Avropa Parlamentinin bir sıra ölkələrdən olan üzvlərini. Ancaq ermənilərin bu cəhdləri heç də əksər hallarda uğurlu alınmır desək yanılmarıq.
Ermənilərin bu qeyri-qanuni və maliyyə hesabına avropalı deputatları öz tərəflərinə çəkmək cəhdi Azərbaycanın adekvat addımları nəticəsində bir neçə istiqamətdə effektsiz alınır.
Birincisi, Azərbaycan tərəfinin erməni lobbisinin maliyyə dəstəyi ilə Dağlıq Qarabağa səfər edənlərə qarşı işinin açılması və həmin şəxslərin arzuedilməz şəxs kimi Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınması ilə. Xatırladaq ki, belə bir təcrübə var və bir müddət əvvəl Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş ermənipərəsət blogger Aleksandr Lapşin eyni aqibətlə üzləşmişdi. Həmçinin Dağlıq Qarabağa qeyri-qanuni səfər edən digər ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərinə qarşı da indiyə qədər anoloji addımlar atılıb.
İkincisi isə Azərbaycanın ayrı-ayrı ölkələrlə qurduğu diplomatik münasibətlər nəticəsində Dağlıq Qarabağa səfər etmiş həmin şəxslərin özünün bu və ya digər ölkədə arzuedilməz şəxsə çevrilməsidir. Qeyd etdiyimiz hər iki amil istər-istəməz erməni lobbisinin maliyyəsi ilə Dağlıq Qarabağa səfər etmək niyyətinə düşənləri bir qədər ehtiyatlı davranmağa sövq edir. Ancaq onu da etiraf etmək lazımdır ki, hələ də bu kimi mənfi tendensiyaya rast gəlirik. Burada bir məqama da diqqət çəkmək lazımdır ki, erməni lobbisi ilə işğal altında olan Azərbaycan ərazilərinə səfər edənlərin mütləq əksəriyyəti elə erməni xislətlidir. Yəni separatism, terrorçuluq, irçiliyə meyilli siyasilər. Necə ki,
Eleni Teoxarusun qismində bunu aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində ölkəyə "girişi arzu olunmayan şəxslər siyahısına" daxil edilən və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Teoxarus indi də Albaniyada Respublikasında arzuedilıməz şəxsə çevrilib. Səbəb isə erməni xislətində olan bu siyasətçinin ekstremizm və nifrət dolu çıxışlar etməsidir. Belə ki, Eleni Teoxarus Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.
Əslində kirpli parlamentarinin bu kimi çıxışları yeni bir şey deyil. Bundan əvvəl də Eleni Teoxarus Azərbaycan və Ukrayna ilə bağlı məsələdə anoloji çıxışları ilə yadda qalmışdı. Necə ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimi dəstəkləyən, eyni zamanda Krım böhranı zamanı oradakı separatçıları müdafiə edən kirpli deputat indi də Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist, millətçi çıxış edib. Avropa Parlamentinin deputatının belə bir çıxış etməsi beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə zidd olmaqla yanaşı, elə bu qurumun nüfuzuna da zərbə vurmuş olur.
Qeyd edək ki, kirpli deputatın əsas maliyyə qaynağı Brüsseldə fəaliyyət göstərən erməni lobbisinin əsas fiqurlarında sayılan Kaspar Karapetyandır. Eleni Teoxarusun arzuedilməz şəxs elan olunması Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki Eleni Theocharousun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır. Bir məqama da diqqət çəkək ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.
Füzuli