ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanı da vura bilər
Birləşmiş Ştatların cənub qonşumuz İran İslam Respublikasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar getdikcə daha dərin xarakter alır və İranın iqtisadiyyatını tamamilə çökdürmək məqsədi daşıyır. Artıq yeni sanksiyaların Tehrana ciddi şəkildə təsir etdiyi göz qabağındadır. Maraqlı situasiya ondan ibarətdir ki, İrana qarşı tətbiq edilən sanksiyalar rəsmi Tehranla yaxından əməkdaşlıq edən ölkələri də öz əhatə dairəsinə ala bilər. Söhbət İranla yaxın və ya uzaq qonşu olan, bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlıq edən ölkələrin və ya şirkətlərin həmin sanksiyalara tuş gəlməsindən gedir.
14 Noyabr 2018 13:47 SiyasətBirləşmiş Ştatların cənub qonşumuz İran İslam Respublikasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar getdikcə daha dərin xarakter alır və İranın iqtisadiyyatını tamamilə çökdürmək məqsədi daşıyır. Artıq yeni sanksiyaların Tehrana ciddi şəkildə təsir etdiyi göz qabağındadır. Maraqlı situasiya ondan ibarətdir ki, İrana qarşı tətbiq edilən sanksiyalar rəsmi Tehranla yaxından əməkdaşlıq edən ölkələri də öz əhatə dairəsinə ala bilər. Söhbət İranla yaxın və ya uzaq qonşu olan, bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlıq edən ölkələrin və ya şirkətlərin həmin sanksiyalara tuş gəlməsindən gedir.
İranla müxtəlif sahələrdə əməkdaşlıq edən ölkələr sırasında Azərbaycan və Ermənistan da var ki, Birləşmiş Ştatların sanksiyalarının bu iki ölkəyə təsirsiz ötüşməyəcəyi istisna deyil. Amma burada digər diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan bu sanksiyalardan kənarda qala bilər. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyadakı yeri və rolu, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə bunu mümkün edir. Digər tərəfdən Birləşmiş Ştatların özü, Ağ Ev administrasiyası belə rəsmi Bakının bu siyasətini təqdir edir və Azəbaycanın regionda həyata keçirdiyi əksər layihələri dəstəkləyir. Elə Birləşmiş Ştatlar prezidenti Donald Trampın bir neçə dəfə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubların mətnində də qeyd etdiyimiz detallar açıq şəkildə öz əksini tapıb. Ona görə də Vaşinqton Azərbaycanın İranla əməkdaşlığını davam etdirməsinə belə demək mümkünsə göz yuma bilər. Ancaq Ermənistana gəlincə, situasiya tamamilə dəyişə bilər. Çünki Ermənistan regionda ən perspektivsiz və dünyaya, Qərbə heç bir töhfə verə bilməyən ölkə olduğundan Birləşmiş Ştatların sanksiyaları işğalçı ölkə üçün də keçərli olacaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhılükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatların İrana qarşı sanksiyaları cənub qonşumuzun iqtisadiyyatını təhdid etməkdədir. Onun sözlərinə görə, ölkənin neft-qaz satışına tətbiq olunan sanksiyalar bu ölkənin maliyyə gəlirlərini kifayət qədər azaldacaq: "Birləşmiş Ştatların səkkiz ölkənin İrandan neft alışını tədricən azaltması barədə mesajından sonra, rəsmi Tehran öz neftini Xəzər dənizi vasitəsi ilə tankerlərlə Rusiyanın şirkətinə ucuz qiymətə sata bilər. Həmçinin Tehran alternativ yollarla Türkmənistan ərazsindən keçməklə İran neftini Rusiyaya satacaq. Qeyd edim ki, İran tankerlərlə neft satışını Rusiyaya reallaşdırsa, bu Xəzər dənizində ekoloji problemə yol aça bilər. Ona görə də İranın bu istəyinin mütləq şəkildə Birləşmiş Ştatlar tərəfindən qarşısı alınmalıdır. Bir məsələni qeyd edim ki, İrana tətbiq olunan sanksiyalara Azərbaycan qoşulmur. İranla ortaq layihələrimizə heç bir məhdudiyyət yoxdur. Rəsmi Bakı İranın bu taleyüklü məsələsində qonşuluq əlaqələrinə sadiqliyini nümayiş etdirir. İran isə, bu gün işğalçı Ermənistanın iqtisadi nəfəsliyidi. İşğalıçı ölkə ilə iki azad ticarət zonası yaradaraq, həm Qarabağdakı separatçıların iqtisadi dayanaqlığını təmin edir, həm də Qarabağ münaqişəsinin həlli məsləsində ikili standartadan çıxış edir".
Politoloq deyib ki, İranla Ermənistan arasında Azad Ticarət Zonasından İran malları bu ölkənin dövlət nömrəli nişanlı avtomobilləri ilə Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olur: "Bu Azərbaycana qarşı rəsmi Tehranın xoş olmayan siyasətinin təzahürüdür. İranın bəzi şirkətləri bu gün Azərbaycanın işğal olunmuş ərazisində, Şuşada məscidin restavrasiyasını həyəta keçirir. Soruşaq görək bu icazəni İran Azərbaycandan alıb?. Əlbəttə ki, xeyr. Onlar bu icazəni Qarabağdakı separatçıların istəyi ilə həyata keçirib. Ona görə də rəsmi Bakı mütləq şəkildə İran şirkətlərinin Qarabağdakı fəaliyyətlərinə görə Tehrandan izahat tələb etməlidir. Azərbaycan Birləşmiş Ştatların sanksiyalarını gözə alıb, İranla əməkdaşlıq edirsə, niyə İran Ermənistanla, xüsusi ilə Azərbayacanın işğal olunmuş ərazilərində öz şirkətlərinin fəaliyyətinə göz yumur? Yaxşı olardı ki, ölkəmizdə İran səfirliyi bu suallara aydınlıq gətirsin".
Süleyman